Norveç Şimal dənizinə neft sızması ehtimalı ilə təhqiqata başlayır
Tarix: 21.05.2019 | Saat: 23:07:00 | E-mail | Çapa göndər


Norveçin Neft Təhlükəsizliyi İdarəsi Şimal dənizinə neft sızması ehtimalı ilə geniş təhqiqata başladığını elan edib. Sızmanın ötən həftə “Equinor” Dövlət Neft-Qaz Şirkəti tərəfindən idarə olunan neft platformasında baş verdiyi güman edilir.
AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, “Equinor” mayın 15-də Şimal dənizinin səthində neft aşkar edəndən sonra “Statfjord A” yatağının işlənilməsini dayandırdığını açıqlayıb. Mütəxəssislər sızmanın məhz harada baş verdiyini və nə qədər neft sızdığını hələlik müəyyən edə bilməyiblər. Təhqiqat çərçivəsində Neft Təhlükəsizliyi İdarəsinin əməkdaşları baş verən hadisənin səbəblərini və buna görə kimin məsuliyyət daşıdığını müəyyən etmək üçün qəzanın təfsilatını öyrənəcəklər.
Qeyd edək ki, “Statfjord A” yatağı Şimal dənizində, krallığın eyniadlı vilayətinin yaxınlığında yerləşir. 1974-cü ildə kəşf edilən yatağın işlənilməsinə 1979-cu ildə başlanıb.




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Türkiyə ordusunun daha 17 hərbçisi Suriyada şəhid olub
14.10.2019
Türkiyə SQ Suriyada 525 PKK terrorçusunu zərərsizləşdirib
13.10.2019
Makron Fransa Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb
13.10.2019
İran Səudiyyə Ərəbistanı ilə danışıqlara razılıq verib
13.10.2019
Ərdoğandan Merkelə: “Bizim tərəfimizdəsiniz, yoxsa terrorçuların?”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
4 Ankarada “Buta Bakı“
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info