MOK ilə “Caspiantech” QSC arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
Tarix: 22.05.2019 | Saat: 03:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə “Caspiantech” QSC arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və “Caspiantech” QSC-nin baş direktoru Vüsal Məmmədov imzalayıblar. Müqavilə tərəflər arasında informasiya dəstəyi və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığı əhatə edir. Tərəfdaşlıq əsasında MOK növbəti Olimpiya Oyunlarında Azərbaycan millisinin təbliğini “Caspiantech” QSC-nin dəstəyi ilə həyata keçirəcək. “Caspiantech” QSC isə ölkəmizin milli Olimpiya komandasının tərəfdaşı qismində çıxış etmək hüququ qazanır.
İmzalanma mərasimində çıxış edən Çingiz Hüseynzadə bildirib: “Caspiantech” QSC-nin Azərbaycan millisinə təşkilati işlərdə dəstək göstərməsi təqdirəlayiqdir. QSC-nin qarşıdan gələn Olimpiya Oyunlarında Azərbaycan komandası ilə birgə əməkdaşlığı çox xoşdur. Əminəm ki, bu əməkdaşlıq məhsuldar olacaq”.
Vüsal Məmmədov isə MOK ilə tərəfdaşlıq əlaqələrinin yaradılmasından məmnunluğunu bildirərək qeyd edib: “Olimpiya hərəkatının və idmanın ölkəmizdə təbliği çox vacibdir. Biz bu işdə MOK-a dəstək olmağa hazırıq. “Caspiantech” olaraq milli Olimpiya komandasına öz töhfəmizi verə biləcəyimiz üçün çox şadıq”.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
20-ci saniyədə qırmızı vərəqə aldı
22.10.2019
“Real“da həmişəlik qalmaq istəyirəm“
21.10.2019
Azərbaycan triatlonçusu Avropa kuboku finalında qızıl medal qazanıb
21.10.2019
Azərbaycan Premyer Liqasının səkkizinci turuna yekun vurulub
20.10.2019
Anna Başta “Satellite” turnirində qızıl medal qazandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info