Bu il qəbul imtahanlarında fənlər üzrə bal məhdudiyyəti qoyulmayıb
Tarix: 22.05.2019 | Saat: 04:40:00 | E-mail | Çapa göndər


Dövlət İmtahan Mərkəzi (DİM) bu il ali məktəblərə yeni qayda ilə keçirilən qəbul imtahanlarında ötən illərdə olduğu kimi fənlər üzrə nisbi balın qoyulub-qoyulmamasına və abituriyentlərin hər hansı imtahan fənni üzrə nisbi bal toplaya bilmədikdə ali məktəbə qəbul müsabiqəsinə buraxılmayacağı ilə bağlı valideynləri narahat edən məsələlərə aydınlıq gətirib.
DİM-in mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, ötən illərin qəbul qaydalarına görə, ixtisas seçimində hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərdilər. Bu il isə abituriyentlər üçün imtahan fənləri üzrə nisbi bal məhdudiyyəti, yəni hər hansı fənn üzrə minimal olaraq, müəyyən edilmiş balın toplanılması şərti qoyulmayıb. Amma builki qəbul qaydalarının ümumi şərtlərinə əsasən, abituriyentin imtahanın birinci (birinci, yəni buraxılış imtahanı mərhələsində maksimal 300 bal) və ikinci mərhələsində (maksimal 400 bal) topladığı minimal balın ümumi həddi 200 olmalıdır. Abituriyent üçün imtahanın birinci mərhələsində minimal balla bağlı tələb qoyulmasa da, onun ikinci mərhələdə topladığı bal 100-dən az olmamalıdır.
Bununla yanaşı, əgər abituriyent buraxılış imtahanında 80 bal toplayıbsa, ikinci mərhələ imtahanında minimal olaraq 120 bal toplamalıdır ki, müsabidəqə iştirak edə bilsin. Çünki müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Əvvəllər nisbi balla qoyulmuş tələblər, eyni zamanda nisbi bal sıfır olduqda müsabiqədə iştirak edə bilməməklə bağlı qoyulan məhdudiyyətlər indi yoxdur. X.Xanlarzadə qeyd edib ki, yeni qaydalarda nisbi balla bağlı yalnız müəyyən ixtisaslar üzrə məhdudiyyətlər qoyulub.
Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarına qəbul olmaq üçün abituriyentin xarici dil fənnindən (buraxılış imtahanında) topladığı nisbi bal 40 olmalıdır. Dövlət ali təhsil müəssisələrinin “Tərcümə" (dillər üzrə) ixtisasının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 30-dan az olmayan abituriyentlər buraxılacaqlar. Abituriyent dövlət ali məktəblərinin tədrisi ingilis dilində olmayan ixtisaslarına sənəd vermədikdə nisbi bal məhdudiyyəti qoyulmayacaq.




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb
16.06.2019
Bu gün 32 mindən çox şagird buraxılış imtahanı verəcək
16.06.2019
Peşəyönümlü siniflərin yaradılması üçün hazırlıq işləri görülür
14.06.2019
Azərbaycanın tarixi yaşının 2 milyon il olduğu sübut olundu
14.06.2019
Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info