49 milyon sosial şəbəkə istifadəçisinin şəxsi məlumatları internetə sızdı
Tarix: 22.05.2019 | Saat: 12:01:00 | E-mail | Çapa göndər


“Instagram”ın 49 milyon istifadəçisinin şəxsi məlumatları hamıya əlçatan olub.
Məlumata görə, “TechCrunch” nəşri yazır ki, zərərin böyük hissəsi brendlər, blogger və məşhurların səhifələrinə toxunub.
Baza məlumatları “Amazon”un bulud xidməti üzərində yerləşdirilmişdi və ondan istifadə etmək parolsuz mümkün idi. İstənilən insanlar telefondan həmin şəxsin elektron ünvanına, yerləşdiyi yerə baxa bilirdi.
Açıq girişə, həmçinin reklam yerləşdirilməsinin dəyərini hesablayan məlumatlar da düşüb. Məsələn, abunəçilərin sayı, cəlb olunma sayı, əhatə dairəsi, laykların miqdarı və aksiya və sair.
İnternet-təhlükəsizlik üzrə ekspert Anuraqa Sen “TechCrunch” nəşrinə deyib ki, məlumatların saxlandığı açıq baza Mumbay marketinq agentliyi “Chtrbox”a aiddir. Portalın jurnalistləri açıq məlumatlardan istifadə edərək, istifadəçilərə zəng vurdular və əlaqələrin aktuallığını təsdiq etdilər.
Həmsöhbət, həmçinin jurnalistə deyib ki, onlar heç vaxt “Chtrbox” agentliyi ilə əməkdaşlıq etməyiblər. Kompaniyadan jurnalistlərə məlumatların necə alınması ilə bağlı məlumat verməyiblər. Qalmaqalın ardından açıq məlumatların olduğu baza qapalı hala gətirilib.
“Instagram”ın daxil olduğu “Facebook” şirkətindən isə nəşrə deyiblər ki, onlar problemi araşdırırlar. (Fins.az)




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Çin varlıların sayına görə ilk dəfə ABŞ-ı keçdi
22.10.2019
Şərabın inanılmaz faydası - ayda 6 kq arıqladır
21.10.2019
Cammu Kəşmir üçün dünyanın ən uzun bayrağı açıldı
20.10.2019
NASA “21/Borisov“ quyruqlu ulduzunun görüntülərini yayımladı
20.10.2019
İsveçdə pensiya yaşı artırılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info