“Qala Sığorta” müştərilərinə ödədiyi vəsaitin həcmini 2,3 dəfə artırıb
Tarix: 22.05.2019 | Saat: 12:13:00 | E-mail | Çapa göndər


Azərbaycan sığorta bazarının lokomotivlərindən hesab edilən “Qala Sığorta” 2019-cu ilin yanvar-aprel ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən cari ilin 4 ayı ərzində “Qala Sığorta” şirkəti tərəfindən 7 422 647 manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2018-ci ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 2 656 100 manat və ya 55,7% çox olub.
Hesabat dövründə yığımlarla yanaşı ödənişlərdə də kəskin artım müşahidə olunub. Belə ki, qeyd olunan dövr ərzində şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə 788 990 manat sığorta ödənişi verilib ki, bu da ötən ilin yanvar-aprel ayının göstəricisi ilə müqayisədə 441 836 manat və ya təxminən 2,3 dəfə çoxdur.
Qeyd olunmalıdır ki, verilən sığorta ödənişləri müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq operativ və vaxtında həyata keçirilib. Ümumiyyətlə, göstərilən xidmətlərdə şirkətin biznes strategiyasına əsaslanan müştəri məmnuniyyəti meyarı hər zaman yüksək dəyərləndirilərək prioritet hədəflər sırasında yer alır.
Xatırladaq ki, bazarda geniş çeşidli məhsulları ilə tanınan “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.
Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Azərbaycana yeni zubrlar gətiriləcək
22.10.2019
Azərbaycandakı sabitliyin qiyməti yoxdur
21.10.2019
Bakı Metropoliteni daha 60 yeni nəsil vaqonları alacaq
21.10.2019
“Gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz”
21.10.2019
Prezident H.Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info