“Bakcell” qadınların məşğulluğunun artırılmasına dəstək göstərir
Tarix: 22.05.2019 | Saat: 12:28:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti informasiya texnologiyaları vasitəsilə qadınların liderlik bacarığının artırılması istiqamətində layihəyə dəstək göstərir. “Sabirabadda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyi ilə birgə BMT-nin İnkişaf Proqramı çərçivəsində yaradılmış Salyan və Sabirabad Qadın Resurs Mərkəzlərində (QRM) həyata keçirilən layihənin məqsədi adıçəkilən rayonlarda qadınları İKT alətləri ilə tanış etmək, bu sahədə onların bilik və bacarıqlarını artırmaq və yeni texnologiyalar vasitəsilə qadınların liderlik bacarıqlarının inkişafına dəstək göstərməkdir. Layihə çərçivəsinə hər iki QRM-nin fəaliyyəti, qadınların uğur hekayələri və fərdi inkişafla bağlı məlumatları əks etdirən xüsusi İnternet portalı (www.azqrm.net) yaradılıb. Həmin portalda bacarıqların artırılması ilə bağlı vebinarlar yerləşdirilib. Bu portal vasitəsilə hər iki rayonun QRM üzvləri mərkəzə gəlmədən məşğulluq və bizneslə məşğul olmaqla bağlı məlumat mübadiləsi apara biləcəklər.
Sabirabad və Salyan rayonlarında “azqrm.net” portalının təqdimatı, “Şəbəkələşmə” və “Məşğulluq, peşə və əlavə gəlir” mövzularında seminar keçirilib. Hər iki tədbirdə rayon mərkəzlərindən və kəndlərdən 25-dək qadın iştirak edib.
“Bakcell” şirkəti özünün korporativ sosial məsuliyyət (KSM) proqramı çərçivəsində qadın məşğulluğunun və sahibkarlıq fəaliyyətinin inkişafına dəstək verir.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25.06.2019
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub
25.06.2019
Türkiyənin ölkəmizdə yeni təyin olunmuş hərbi attaşesi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində görüş olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info