Ankara Rusiyaya hərbçilər göndərir: S-400-lərin istifadəsini öyrənəcklər
Tarix: 22.05.2019 | Saat: 12:52:00 | E-mail | Çapa göndər


Türkiyənin müdafiə naziri Hulusi Akar S-400 zenit-raket komplekslərinin istifadəsi üzrə təlimlər keçmək üçün Ankaranın Rusiyaya hərbçilər göndərdiyini bildirib.
Bu barədə “Milliyet” qəzetinə istinadla xəbər verir. “Biz öz hərbçilərimizi S-400 zenit-raket komplekslərinin istifadəsi üzrə təlim keçmək üçün Rusiyaya göndərmişik. Təlimlər bu gündən başlayacaq və bir neçə ay davam edəcək. Personalın sayı daim dəyişəcək, hər birinin öz xüsusiyyəti var”, - deyə hərbi qurumun rəhbəri bildirib.
Hulusi Akar, həmçinin Ankaranın S-400 zenit-raket kompleksləri ilə bağlı Vaşinqtonla danışıqları davam etdirdiyini və eyni zamanda, ABŞ tərəfindən sanksiyalara hazırlaşdığını vurğulayıb. Türkiyənin müdafiə naziri ABŞ-ın “Patriot” zenit-raket komplekslərinin çatdırılması üzrə yeni təkliflər irəli sürdüyünü də qeyd edib.
“Hazırda “Patriot” komplekslərinin satış qiyməti, texnologiyaların ötürülməsi və müştərək istehsalat üzrə danışıqlar aparılır”, - deyə Hulusi Akar bildirib.
Qeyd edək ki, 2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinə dair kredit sazişi imzalayıb. Sazişə əsasən, Ankara 2 zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin S-400 kompleksinin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəlib. Ankara bu sövdələşməyə görə ABŞ və NATO ölkələrinin kəskin tənqidinə məruz qalıb.
Uzaq məsafəli zenit raket sistemi - S-400 “Triumf” 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Rusiya Hərbi Kosmik Qüvvələri komandanlığının məlumatına görə, S-400 sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlər də silahlanmaya daxil edilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Gürcüstanda parlamentin sədri dəyişdi
25.06.2019
Qazaxıstanda yaşayan azərbaycanlılardan xeyriyyəçilik təşəbbüsü
25.06.2019
Robert Koçaryan yenidən həbs edildi
25.06.2019
Qazaxıstanda IV “Böyük Çöl” Beynəlxalq Humanitar Forumu keçirilib
25.06.2019
Ərdoğan: “Türkiyə S-400 zenit-raket komplekslərini iyul ayından almağa başlayacaq”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info