Avroliqanın final oyunu ilə əlaqədar banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Tarix: 22.05.2019 | Saat: 13:50:00 | E-mail | Çapa göndər


2019-cu il UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Trend-ə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib. UEFA Avropa Liqasının final oyunu ərəfəsində ölkə əhalisinin və turistlərin maliyyə xidmətlərindən asanlıqla faydalanması üçün Palata i-map informativ xəritədə “FinalBaku2019” başlıqlı bölmə yaradıb. May ayının 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının təşəbbüsü ilə banklar 27 may-1 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Ümumilikdə ölkə əhalisinin, ölkəmizdə səfərdə olan turistlərin və xarici qonaqların bank xidmətlərindən rahat faydalanmasının təmin edilməsi məqsədilə 22 bankın 75 filial və şöbəsi müştərilərə gücləndirilmiş iş şəraitində xidmət göstərəcək.
9 bankın 12 filial və şöbəsi 24 saat rejimində fəaliyyət göstərəcəkdir.
Gücləndirilmiş iş rejimində çalışacaq bankların siyahısı və iş qrafiki ilə bu keçid vasitəsilə tanış ola bilərsiniz. Bundan əlavə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ərəfəsində ölkə əhalisinin və turistlərin maliyyə xidmətlərindən asanlıqla faydalanması üçün Palata tərəfindən istifadəyə verilmiş İ-MAP informativ xəritədə “FinalBaku2019” başlıqlı bölmə yaradılıb. Aşağıda qeyd olunan keçid vasitəsilə adıçəkilən bölməyə daxil olan istifadəçilər 27 may-1 iyun tarixlərində ölkəmizdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək maliyyə subyektləri barədə ətraflı məlumat əldə edə bilərlər.
İ-Map informativ xəritəyə keçid: https://www.fimsa.az/az/map
Final oyunu ərəfəsində Palatanın əməkdaşlarından ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sual və ya müraciətlə bağlı vətəndaşlar, eləcə də şəhərimizin qonaqları MBNP-yə müraciət ünvanlaya biləcəklər.




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Azərbaycan səfiri Qətərin Gömrük Baş İdarəsinin sədri ilə görüşüb
16.06.2019
Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb
15.06.2019
Bakı-Şarm əl Şeyx-Bakı reysi açılıb
15.06.2019
Bu torpaqlarda tikintiyə rəyin verilməsi üçün xidmət haqqı ödəniləcək
15.06.2019
Avrozonada vahid büdcə tətbiq olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info