“Made in Azerbaijan 2019” müsabiqəsinin qalibləri müəyyənləşdi
Tarix: 22.05.2019 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


UNEC-də “Made in Azerbaijan 2019” biznes-ideya müsabiqəsinin final mərhələsi keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkil etdiyi müsabiqənin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətini təbliğ etməkdir.
“Made in Azerbaijan 2019” biznes ideya müsabiqəsinə respublikanın müxtəlif universitetindən 40 layihə təqdim olunub. Biznes ideyalar hazırlanarkən onların sərəncama və müsabiqənin missiyasına uyğunluğu, məhsul və xidmətin innovastivliyi, texnoloji yeniliyi, layihənin daxili bazarda tətbiqinin reallığı, bazar və rəqabət imkanları, biznes modeli nəzərə alınıb. Ekspert Şurası təqdim edilən biznes ideyaları dəyərləndirib və 5 layihə finala vəsiqə qazanıb.
Finala vəsiqə qazanan “ViewGo”, “Oyuncaqçı”, “Kitablı”, “One click-One hand” və “Bio Bone” layihələrin ideya müəllifləri UNEC, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Xəzər Universitetinin tələbələridir.
Finalda çıxış edən komandaların təqdimatlardan sonra münsiflər heyəti biznes ideyaları tətbiqinin mümkünlüyü, məhsulun və ya xidmətin brendləşmə perspektivi, investisiya cəlbediciliyi, təqdimatı, sualların cavablandırılması, orijinal və kreativ yanaşmaya görə qiymətləndirib.
Münsiflər heyətinin qərarı ilə “Kitablı” biznes ideyası qalib olub. Layihənin məqsədi elektron vəsaitləri bir portlada toplamaq, müəyyən fənlər üzrə izahlı video bazaya sahib olmaq, tələbələrin çətinlik çəkdiyi testlərin müəllimlər tərəfindən izahlarını təqdim etməkdən ibarətdir. II yerə “ViewGo”, III yerə isə “Oyuncaqçı” biznes ideyası layiq görülüb.
Qaliblər müsabiqənin sponsoru olan “Kapital Bank” ASC tərəfindən mükafat qazanıb. Belə ki, müsabiqədə 1-ci yerin sahibi 2000 AZN, 2-ci yer 1500 AZN, 3-cü yer 1000 AZN mükafata sahib olublar. Qalib komandalara həmçinin, Gənclər və İdman Nazirliyi tərəfindən dəyərli hədiyyələr təqdim olunub.

Anar




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb
16.06.2019
Bu gün 32 mindən çox şagird buraxılış imtahanı verəcək
16.06.2019
Peşəyönümlü siniflərin yaradılması üçün hazırlıq işləri görülür
14.06.2019
Azərbaycanın tarixi yaşının 2 milyon il olduğu sübut olundu
14.06.2019
Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info