Diaspor rəhbəri Misirin dövlət televiziya kanalının qonağı olub - VİDEO
Tarix: 22.05.2019 | Saat: 16:16:00 | E-mail | Çapa göndər




“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin nüfuzlu “Fədaiyyə əl-Misriyyə” dövlət televiziya kanalının "Diplomatik səhifələr" proqramının qonağı olub.
Seymur Nəsirov Azərbaycanla Misir arasında tarixi və mədəni əlaqələrdən söhbət açıb. O, 7-ci əsrdə ərəblərin Azərbaycana ilk gəlişində Misir və Şam qəbilərərinin Azərbaycana köçdüyünü geyd edmişdir. Bu gün Misir adında azərbaycanlıların olduğunu qeyd edən diaspora sədrinin bu sözləri qarşı tərəfin böyük marağına səbəb olmuşdur.
Tədqiqatçı Koruğlu dastanında “Misri qılıncın” qeyd olunması, ölkəmizin ərazisində tapılmış orta əsrlərə aid “Misir sikkələri”, Azərbaycanda çoxlu sayda ərəb adlı kəndlərin olması və Azərbaycan dilində altı mindən çox ərəb mənşəli sözlərin olması xalqlarımız arasında ta qədimdən möhkəm əlaqələrin olmasının bariz nümunəsi olduğunu qeyd etmişdir.
Diaspora sədri Azərbaycan xalqının xalçaçılıq və muğam sənətinə verdiyi önəmdən də çöhbət açaraq, Misirin də ən böyük muğam ustalarından olmuş Seyyid Nəqşibəndinin də babasının Azərbaycandan Misirə köçdüyünü tamaşaçıların diqqətinə çatdırmışdır.
Verilişdə Azərbaycanın müasir simasını əks etdirən videoçarx da nümayiş olunub.
Qeyd edək ki, S.Nəsirov hazırda Misirdə təhsil alan 50 dən çox ölkədən olan 1000-dən çox xarici tələbəyə rəhbərlik edir. 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır və Qahirə Universitetində Azərbaycan dilini tədris edir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
BŞBPİ 19 oktyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib
17.10.2019
Müsavatda seçki bitdi, amma çəkişmə bitmədi...
17.10.2019
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17.10.2019
Bakıdan dünyaya verilən həmrəylik mesajı
17.10.2019
Sofiyada Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info