Gömrük Akademiyasının tələbələri məhkəmə baxışının simulyasiyasını keçiriblər
Tarix: 22.05.2019 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin Akademiyasında “Cinayət prosesi” fənnini tədris edən müəllim h.ü.f.d. Aygün Şahbanovanın təşkilatçılığı ilə Sabunçu rayon məhkəməsində Akademiyanın “Hüquqşünaslıq” ixtisası üzrə 3-cü kurs tələbələri tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi üzrə qəsdən adam öldürmə cinayət işi üzrə məhkəmə baxışının simulyasiyası keçirilib. Məhkəmə simulyasiyasında qrupun bütün tələbələri fəal iştirak ediblər.
Tələbələr - hakimlər Cəmilə Muxtarova, Jalə Rzayeva, Vasif Vəlizadə, dövlət ittihamçısı Elvin Qazaxov, təqsirləndirilən şəxs Mirtehran Salayev, təqsirləndirilən şəxsin müdafiəçisi Aliyə Məmmədhəsənzadə, iclas katibi Fidan Camalzadə, şahidlər İmamverdi Novruzlu, Səbuhi Rəhimov, Elnur Quliyev, Həsən Həsənzadə, Tunar Kərimli, Elgiz Eyvazlı, ekspertlər Tural Nəsirov, Elbəy Eyvazlı və digərləri uğurlu çıxışlar nümayiş etdiriblər.
Məhkəmə simulyasiyası Məcəllədə müəyyən edilmiş bütün prinsiplər nəzərə alınmaqla, xüsusən çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipləri əsasında keçirilib və sonda məhkəmə ittiham hökmünü elan edib.
Məhkəmə simulyasiyası başa çatandan sonra tələbələr Sabunçu rayon məhkəməsinin sədri İ.Abbasovla görüşüblər. Görüşdə Akademiyanın pedaqoji heyəti və tələbələri yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Elm Tarixi İnstitutu “Bakı Dövlət Universitetinin tarixi“ kitabının təqdimatını keçirib
17.10.2019
DİN və Baş Prokurorluq mitinqlə bağlı xəbərdarlıq yayıb
17.10.2019
Uşaqlarla keçirilən az vaxt onların əleyhinə işləyir
17.10.2019
Xaçmazda “Volk Qədir” kimi tanınan narkotacir saxlanılıb
17.10.2019
Nazir : “Bəzi dərsliklərin, xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Vasim Məmmədəliyev vəfat edib
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info