Əli Kərimlinin radikal arzuları ürəyində qalacaq
Tarix: 22.05.2019 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Dünyanın hər yerində siyasi fəaliyyətlə məşğul olan müxalif təşkilatlar ya yumşaq siyasət yürütməsi, loyallığı ilə seçilirlər ya da radikal xətt tutmaları ilə Azərbaycanda da normal siyasətlə məşğul olan müxalifətçilər olduğu kimi radikal düşüncə sahibi olanlar az deyil. Məsələn Azərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP) sədri Əli Kərimli uzun illərdir ki, ölkədə güc yolu, inqilablar, mitinqlər və s. kimi radikal seçimlərlə hakimiyyətə gəlməyin tərəfdarı olduğunu ortaya qoyur. Hətta onun bu cür düşüncəsi öz tərəfdarlarına-cəbhəçilərə də sirayət edib. Hələ sosial şəbəkələrin olmadığı dönəmlərdə çayxanalardan əl çəkməyən cəbhəçilər elə oradaca gecə-gündüz hakimiyyətə gələcəklərinə dair nağıllar uydurur, planlar qururdular. Uzun illər keçsə də, nəinki xalq, heç bir siyasi toplum belə bu radikal partiyanın ardınca getmədi... İndi sosial şəbəkələr insanlarımızın gündəlik həyatının bir hissəsinə çevriləndən “Facebook”, “YouTube” və digər aparıcı saytlara darışan cəbhəçilər həmin kəskin düşüncə tərzlərini burada ortaya qoyaraq insanlarımızın beynini zəhərləməyə çalışırlar. Yəni, guya adi sosial problemlərdən çıxış yolu, nicat yolu məhz aksiyalarda, inqilablarda, mitinqlərdədir. Absurddur elə deyilmi?
Bu gün AXCP sədri olan Əli Kərimlinin “Facebook”dakı səhifəsinə nəzər salmaq kifayətdir ki, hakimiyyətə iddialı olan birin necə radikallığa meylli olduğunu görəsən. 21-ci əsr, dünyanın fərqli istiqamətdə dəyişdiyi, Avropa ölkələrinin belə istənilən kəskin qərarın əleyhinə olduğu dönəmdə bizə Avropa dəyərlərindən nağıllar danışan Əli Kərimli sonda inqilab, üsyan sevdasından söz açır. Son günlər isə az qala hər iki statusundan birində üsyandan, inqilabdan söz açan AXCP sədri bu yolla insanları öz tərəfinə çəkəcəyini düşünür... “Fərdi üsyanları eşitmək lazımdır ki, ümumi üsyanlara çevrilməsin” deyən radikal düşüncəli AXCP sədri görünür cəmiyyətimizə, ölkəmizə gözüyumulu nəzər salır. Əlbəttə onun ən böyük sevdası “ərəb baharları”nın Qafqaza gəlib çıxması, Azərbaycanda da təkrarlanması idi ki, bu arzusu da ürəyində qaldı. Amma son dövrlərin çox inkişaf edən, ən çox sosial-iqtisadi, siyasi islahatlar aparılan ölkələrindən olan Azərbaycanda nə üsyana, nə inqilaba nə də yuxusunda gördüyü milyonluq mitinqlərə zəmin yoxdur axı. Əli Kərimlinin də bağlı olduğu Qərbi gecə-gündüz tərif edən Sevinc Osmanqızının az qala hər həftə təbliğ edib verilişində qonaq etdiyi AXCP sədri üsyanlardan, lokal etirazların artmasından, sosial partlayışların ayaq səslərindən gülməli şəkildə söz açıb. Əslində o bu cür terminləri tez-tez işlətməklə onları dinləyən sadə insanların beyninə psixoloji olaraq təsir etməyə çalışır ki, guya ölkədə durum pisdir, Qərb inqilaba qalxacaq kütlənin arxasında duracaq və s. Amma bu xalq belə şirin vədləri 90-cı illərdə nə qədər görmədi axı... Həm də bu vədləri verənlərin və ölkəni viran qoyanların bir hissəsi elə indiki müxalifət rəhbərləri olmasını nəzərə alsaq indiki xaos, üsyan çağırışları edən həmin şəxslərin necə gülünc bir vəziyyətə düşməsini təsəvvür eləmək çətin deyil. Qısası bu gün Əli Kərimlinin inqilab, üsyan sözatmaları, arzuları onun hələ də 90-cı illər təfəkküründə qalmasından xəbər verir və belə arzular təbii ki, cəbhəçilərin ürəklərində qalacaq...

Tural




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
16.06.2019
Erməni əsilli Fransa politoloqundan etiraf: “Azərbaycanın bu istiqamətdə apardığı iş az rol oynamadı”
16.06.2019
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
15.06.2019
Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub
15.06.2019
Özbəkistan portalı Ermənistan ordusunun cəbhə xəttindəki son təxribatları barədə yazır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info