Bələdiyyə idarəçiliyində qadınların rolu artacaq
Tarix: 22.05.2019 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


"Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi vasitəsilə gender əsaslı bələdiyyələrin təşviqi" layihəsi çərçivəsində "dəyirmi masa" keçirilib


Mayın 22-də Bakıda "Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi vasitəsilə gender əsaslı bələdiyyələrin təşviqi" layihəsi çərçivəsində dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədr müavini Sədaqət Qəhrəmanova layihənin əhəmiyyətindən danışıb. Bildirilib ki, layihənin əsas məqsədi effektiv və gender yönümlü yerli özünüidarəetmənin təşkili və bələdiyyə idarəçiliyində qadınların rolunun gücləndirilməsidir. Layihə Bakı, Abşeron, Ağdam, Bərdə, Goranboy, Tərtər, Tovuz, Ağstafa və Qazax olmaqla 9 regionda icra olunacaq. Tədbirlərinin həyata keçirilməsi istiqamətində AQUPDK, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Bələdiyyələrin Milli Assosiasiyaları, yerli icmalar və QHT-lər, hədəf regionların bələdiyyələri, bələdiyyə seçkilərində iştirak edəcək siyasi partiyalar və könüllülərlə əməkdaşlıq ediləcək.
S.Qəhrəmanova əmin olduğunu bildirib ki, Azərbaycan qadınları müqəddəs ailə dəyərlərimizin toxunulmazlığının keşiyində dayanmaqla bərabər, gənc nəslin doğma yurdumuza və milli ideallarımıza bağlı ruhda tərbiyəsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, ictimai-mənəvi mühitimizin davamlı zənginləşməsinə yeni-yeni töhfələr verəcəklər.
"Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi vasitəsilə gender əsaslı bələdiyyələrin təşviqi" layihəsinin əhmiyyətindən danışan YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva layihə nəticəsində qadınların siyasi, iqtisadi və ictimai həyatda qərarların qəbul edilməsində tam və effektiv iştirakına nail olunacağına əminliyini ifadə edib. Eyni zamanda, bu layihənin bərabər imkanların təmin olunması barədə ictimaiyyətin məlumatlandırılmasına, 2019-cu il bələdiyyə seçkilərində qadın namizədlərin sayının artırılmasına və onların bacarıqlarının inkişaf etdirilməsinə imkan yaradacağını diqqətə çatdırıb.
N.Əliyeva Azərbaycan qadınlarının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatımızdakı rolunu yüksək dəyərləndirib. Bildirib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xanımları maarifpərvər sələflərinin ənənələrini şərəf və ehtiramla davam etdirirlər. Digər çıxış edənlər bildiriblər ki, Azərbaycan qadını iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında həmişə nümunə göstərib. Əsrlər boyu qadınlarımız milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılması, övladlarımızın milli ruhda tərbiyəsi kimi şərəfli bir işi öz üzərlərinə götürərək, öhdəsindən layiqincə gəliblər.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“Metrovaqonmaş”da Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib
21.10.2019
“Opalus Partners Group” şirkəti HR sahəsi ilə bağlı təlimləri uğurla həyata keçirir
21.10.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib
20.10.2019
YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info