Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Tarix: 22.05.2019 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib. Tədbirdə üzv ölkələr - Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Pakistan və Hindistanın, müşahidəçi dövlətlər - Belarus, İran, Əfqanıstan və Monqolustanın xarici işlər nazirləri iştirak ediblər. Tədbiri 2019-cu ildə ŞƏT-ə sədrlik edən Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov açaraq görülən işlər haqqında məlumat verib, bu ilin sonuna kimi nəzərdə tutulan planlardan danışıb.
Görüşdə ŞƏT-in üzvü olan və müşahidəçi ölkələr arasında iqtisadi sahədə əlaqələrin dərinləşdirilməsi, təşkilatın Regional Antiterror Strukturunun fəaliyyətinin genişləndirilməsi, terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə səmərəliliyinin artırılması məsələləri müzakirə edilib. Tədbirdə iyunun 13-14-də ŞƏT-in Bişkekdə keçiriləcək Sammitinə hazırlıq və Zirvə görüşündə imzalanacaq sənədlərin hazırlanması istiqamətində də fikir mübadiləsi aparılıb. Görüşün sonunda tərəflər arasında əməkdaşlığın daha da inkişafı ilə bağlı “Yol xəritəsi” imzalanıb. Xatırladaq ki, Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş qismində çıxış edir.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Pentaqon ABŞ qoşunlarının Əfqanıstandan tam çıxarılması planını hazırlayır
22.10.2019
YPG/PKK indi də İsraildən yardım istədi
22.10.2019
Makron Suriyada atəşkəs rejiminin saxlanmasının vacibliyini vurğulayıb
21.10.2019
“Bütün şərtlər yerinə yetiriləcəyi təqdirdə “Sülh çeşməsi” əməliyyatı tamamlanacaq“
21.10.2019
“Təhlükəsiz bölgəyə 2 milyona yaxın suriyalı qaçqının geri qayıtması planlaşdırılır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info