Mətyu Brayzə: Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir
Tarix: 22.05.2019 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Gələn həftə - mayın 29-da Bakı UEFA Avropa Liqasının “Arsenal” və “Çelsi” komandaları arasında keçiriləcək final oyununa ev sahibliyi edəcək. Hesab edirəm ki, bu, möhtəşəmdir. Bu oyun Bakının necə gözəl şəhər, həmçinin yaşamaq üçün möhtəşəm bir məkan olduğunu bütün avropalılara və dünyaya nümayiş etdirmək baxımından çox gözəl bir imkandır. Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Mətyu Brayzə söyləyib.
“Təəssüf ki, “Arsenal” klubunun erməni əsilli oyunçusu Mxitaryan təhlükəsizlik məsələsini əsas gətirərək Bakıda keçiriləcək bu oyunda iştirak etməmək barədə qərar verib. Aydındır ki, bu, onun şəxsi seçimidir. Məncə, bu oyunda iştirak etməməsi onun futboldan qazanacağı puldan məhrum olmasına səbəb olacaq. Zənnimcə, bu, ağıllı seçim deyil. Onun Bakıda yarış zamanı futbol meydançasında özünün təhlükəsizliyi ilə bağlı narahat olması üçün heç bir səbəb görmürəm. Mən ermənilər tanıyıram ki, Azərbaycana rahat səfər ediblər. Amma bu, hər halda futbolçunun şəxsi qərarıdır. Ümid edirəm ki, bu, oyunun möhtəşəm keçməsinə, eləcə də xarici qonaqların Bakının gözəlliyindən həzz almalarına mane olmayacaq. Düşünürəm ki, həm bu oyunun, həm də Bakının gözəlliyinin nümayiş etdirilməsinin siyasətlə heç bir əlaqəsi yoxdur”, - deyə M.Brayzə vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Əli Həsənov: “Azərbaycan hakimiyyəti bütün situasiyaya nəzarət etmək gücündə, imkanında və iradəsindədir“
21.10.2019
XİN: Bəzi təşkilatların əsassız bəyanatlar yayması Azərbaycana münasibətdə ikili standartların tətbiqi kimi qiymətləndirilməlidir
21.10.2019
Xalq müxalifətə dəstək vermədi
21.10.2019
Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edildi
21.10.2019
Baş Prokurorluq oktyabrın 19-da keçirilmiş qanunsuz aksiya ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info