Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun inşasına başlanılıb
Tarix: 22.05.2019 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Təməlqoyma mərasimində Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib



Mayın 22-də Bolqarıstanın Kirkovo bölgəsində Azərbaycan təbii qazını bu ölkəyə nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (Interconnector Greece-Bulgaria (IGB) təməlqoyma mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Bolqarıstanın Baş naziri Boyko Borisov, Yunanıstan Baş naziri Aleksis Tsipras, hər iki ölkənin enerji nazirləri, Avropa Komissiyası və Avropa İnvestisiya Bankının (EIB) yüksək səviyyəli rəsmiləri ilə yanaşı, müxtəlif ölkələrdən 150-dən çox qonaq iştirak edib. Bununla da Yunanıstan-Bolqarıstan İnterkonnektorunun operatoru olan “ICGB AD” şirkəti boru kəmərinin inşasına başlayıb.
Baş nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycan, Bolqarıstan və Yunanıstanın təkcə enerji sahəsində deyil, digər sahələrdə də uğurlu və davamlı əməkdaşlığının vacibliyini vurğulayıb. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç ünvanladığı videomüraciətdə deyib: “IGB-nin həyata keçirilməsi bölgənin qaz təchizatı təhlükəsizliyini artıracaq və Avropanın enerji infrastrukturuna töhfə verəcək”.
Mərasimdə bildirilib ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru digər mühüm layihələrin - Cənub Qaz Dəhlizi, TANAP və TAP-ın birləşdirici funksiyasını daşımaqla geniş enerji strategiyası və Avropanın prioritetlərini müəyyən edir. Xatırladaq ki, 2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alışı ilə bağlı 25 illik saziş imzalayıb. Azərbaycan təbii qazı “Trans-Adriatik” (TAP) qaz boru kəməri ilə 2020-ci ildə Avropaya çatdırılacaq. Həmin il Yunanıstan-Bolqarıstan qaz şəbəkələrinin bir-biri ilə əlaqələndirilməsi planlaşdırılır. Bolqarıstan bu boru kəməri ilə 2020-ci ildən etibarən ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq. Azərbaycan qazı Bolqarıstanın istehlakının dörddəbir hissəsini ödəyəcək. IGB layihəsinin dəyəri təxminən 145 milyon avro qiymətləndirilir. Boru kəməri Şimal-Şərqi Yunanıstanın Komotini və Bolqarıstanın cənubundakı Stara Zagora bölgələrini birləşdirəcək. IGB qaz boru kəmərinin Komoti və Stara Zagorada çıxış nöqtəsi olacaq, Yunanıstan və Bolqarıstan milli təbii qaz sistemləri arasında birbaşa əlaqə yaradılacaq. 182 kilometrlik IGB boru kəməri Yunanıstandan Bolqarıstana ildə təxminən 3 milyard kubmetr təbii qaz nəqli qabiliyyətinə malik olacaq və gələcək bazar tələbatına əsasən bu həcmin illik 5 milyard kubmetrə çatdırılması imkanı var.




 
Bölməyə aid digər xəbərlər
12.10.2019
“SOCAR Turkey“ gələn il İzmirdə daha bir neft-kimya kompleksinin tikintisinə başlaya bilər
11.10.2019
Gürcüstanın Azərbaycana 6,87 milyon dollar dövlət borcu var
11.10.2019
Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
11.10.2019
Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlığı müzakirə edilib
11.10.2019
Jurnalistlər Masazır Duz Zavodunu ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info