İngiltərənin baş naziri Tereza Meyin iddiası
Tarix: 23.05.2019 | Saat: 00:44:00 | E-mail | Çapa göndər



İngiltərənin baş naziri Tereza Mey Suriyada Bəşər Əsəd rejiminin yenidən kimyəvi silahdan istifadə etdiyinə dair iddialar təsdiqlənəcəyi təqdirdə “əsaslara uyğun” şəkildə cavab verəcəklərini söylədi.

Palamentdə keçirilən “Baş nazirə suallar” iclasında Əsəd rejiminin Suriyanın şimalındakı İdlib bölgəsində kimyəvi silahdan istifadə etdiyinə dair iddialar gündəmə gəldi.
Suriyada daha əvvəl kimyəvi silahdan istifadə edildiyi zaman İngiltərənin Fransa və ABŞ ilə birgə hərəkət etdiyini xatırladan Mey dedi ki, bütün kimyəvi silahdan istifadə hallarını qınayırıq. ABŞ ilə yaxın əlaqə saxlayırıq, vəziyyəti yaxından izləyirik və kimyəvi silahdan istifadə edildiyi təsdiqlənəcəyi təqdirdə əsaslara uyğun şəkildə cavab verəcəyik.
Mey İngiltərənin Əsəd rejimi mövzusunda mövqeyinin açıq olduğunu vurğulayaraq, “Əsədin daimi sülh təmin edə bilməyəcəyini düşünürük. Rejimi də öz xalqına qarşı istifadə etdiyi vəhşətə görə legimitliyini itirdi” deyə söylədi.
ABŞ Dövlət Departamenti Əsəd rejiminin 19 mayda Suriyanın şimal-qərbində yeni kimyəvi silah hücumları həyata keçirdiyini müəyyənləşdirdiyini açıqlamışdı.
ABŞ, İngiltərə və Fransa aprel 2018-ci ildə Suriyadakı hərbi mövqeləri vurmuşdu.
Vətəndaş müharibəsinin başlaması ilə rejim qüvvələrinin ən az 215 dəfə kimyəvi silaha əl atdığı və bu hücumlarda aralarında uşaqların da olduğu yüzlərlə insanın həlak olduğu bildirilir.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Pentaqon ABŞ qoşunlarının Əfqanıstandan tam çıxarılması planını hazırlayır
22.10.2019
YPG/PKK indi də İsraildən yardım istədi
22.10.2019
Makron Suriyada atəşkəs rejiminin saxlanmasının vacibliyini vurğulayıb
21.10.2019
“Bütün şərtlər yerinə yetiriləcəyi təqdirdə “Sülh çeşməsi” əməliyyatı tamamlanacaq“
21.10.2019
“Təhlükəsiz bölgəyə 2 milyona yaxın suriyalı qaçqının geri qayıtması planlaşdırılır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info