Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin qastronomiyası təqdim olunub
Tarix: 23.05.2019 | Saat: 08:22:00 | E-mail | Çapa göndər



Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Fransanın Kənd Təsərrüfatı və Qida Nazirliyinin himayəsi altında bu ölkədə akkreditə olmuş səfirliklərin Kənd Təsərrüfatı üzrə Müşavirlər Korporasiyasının, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət Şirkəti və Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə “Dad Planeti” qastronomiya tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Fransada akkreditə olmuş 15 ölkənin səfirliyi qastronomiyalarını təqdim ediblər.
Səfir Rəhman Mustafayev tədbir iştirakçılarını salamlayaraq, bildirib ki, kənd təsərrüfatı və milli qastronomiya sahələri hər bir millətin mədəniyyətinin təcəssümüdür. Kənd təsərrüfatının iqtisadiyyatımızın şaxələndirilməsi strategiyasının prioritet sektorlarından olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkəmiz tarixən müxtəlif dinləri və mədəniyyətləri özündə birləşməsi ilə fərqlənmişdir. Azərbaycanın çox zəngin tolerantlıq və multikulturalizm ənənələri var. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, eləcə də ölkəmizin Qoşulmama Hərəkatına sədrlik edəcəyindən söz açıb.
Azərbaycanın Kənd təsərrüfatı nazir İnam Kərimov çıxış edərək “Dad Planeti”nin əhəmiyyətinə toxunaraq, onun dostluq, sülh və həmrəylik mesajlarını təşviq etdiyini bildirib. Tədbirin diplomatlar tərəfindən təşkil edilməsini təqdir edərək, fransız aşpazı Oqust Eskofyenin “mətbəx sənəti diplomatiyanın bəlkə də ən yararlı formasıdır” maksimini xatırladıb. O, Azərbaycanın zəngin mətbəxi haqqında məlumat verərək, dolma və lavaş hazırlama və paylaşma ənənəsinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına Azərbaycan ənənəsi kimi daxil edildiyini vurğulayıb.
Fransa Kənd Təsərrüfat Nazirliyinin nümayəndəsi və Kənd Təsərrüfatı üzrə Müşavirlər Korporasiyasının sədri çıxış edərək bu qastronomiya tədbirinin əhəmiyyətinə toxunublar.
Tədbirdə Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyəti kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsal ərzaq məhsullarını, milli təamlarımızı təqdim ediblər. Kiçik və orta şirkətlərin istehsal etdiyi mürəbbələr, meyvə qürurları və şirələri, şərablar, çay, paxlava, şəkərbura, eləcə də UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş yarpaq dolması, səbzili plov, pomidor dadına və keyfiyyətinə görə tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycanın kənd təsərrüfat məhsullarının yüksək səviyyədə qablaşdırılması da rəğbətlə qarşılanıb.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Azərbaycana yeni zubrlar gətiriləcək
22.10.2019
Azərbaycandakı sabitliyin qiyməti yoxdur
21.10.2019
Bakı Metropoliteni daha 60 yeni nəsil vaqonları alacaq
21.10.2019
“Gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz”
21.10.2019
Prezident H.Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info