“Amnesty International” təşkilatının qərəzli çağırışlarının heç bir əsası yoxdur
Tarix: 23.05.2019 | Saat: 14:57:00 | E-mail | Çapa göndər



Azərbaycanda sosial-iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər ölkəmizin qüdrətini daha da artırır. Demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan Azərbaycan bu istiqamətdə mühüm uğurlara imza atır.

Bu sözləri YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov AZƏRTAC-a açıqlamasında deyib. O, bu uğurların əsasında, ilk növbədə, ölkəmizdə mövcud olan ictimai–siyasi sabitliyin dayandığını vurğulayıb. Bildirib ki, sivilizasiyalararası dialoq məkanı kimi tanınan Azərbaycanın bu gün mötəbər tədbirlərə ev sahibliyi etməsi, təşkilatçılıq sahəsində mükəmməl təcrübəyə yiyələnməsi, ən əsası, malik olduğu imkanlar ölkəmizdə hər bir beynəlxalq idman yarışının keçirilməsi üçün münbit şərait yaradıb. Azərbaycan bu yarışlara ev sahibliyi etməklə beynəlxalq nüfuzunu daha da artırır və yeni-yeni tərəfdaşlar qazanır. Məhz bu uğurlar, ölkəmizə göstərilən yüksək etimad artdıqca bəzi dairələr, xüsusən də antiazərbaycançı şəbəkələr “əl-ayağa düşürlər”. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu dost ölkələri sevindirsə də, antiazərbaycançı şəbəkələri, ölkəmizə qarşı ikili standartlardan çıxış edən bəzi beynəlxalq təşkilatları ciddi narahat edir. Xarici antiazərbaycançı şəbəkələr və onların əlaltıları UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçı ərəfəsində öz simalarını bir daha açıb göstərirlər. Təbii ki, bütün bu kampaniyaların arxasında erməni lobbisi, Azərbaycanı sevməyən və uğurlarını qısqanan qüvvələr dayanır. Həyata keçirmək istədikləri planlar hər dəfə alt-üst olsa da, onlar bu çirkin əməllərindən yenə də əl çəkmirlər.

Hikmət Şikarov bildirib ki, bu gün “demokratiya çətiri” altında pərdələnən “Amnesty International” adlı bir təşkilat da idmandan siyasi alət kimi istifadə etməyə çalışır və “qara piar” kampaniyasına başlayıb. Əfsuslar olsun ki, belə antiazərbaycançı təşkilatlar öz ölkələrindəki insan haqları problemlərindən diqqəti yayındırmaq, beynəlxalq ictimai rəyi məşğul etmək üçün Azərbaycan kimi ölkələri hədəf alırlar. Ancaq hər dəfə məqsədləri, niyyətləri ürəklərində qalır. Əslində, bu təşkilat üçün heç nəyin fərqi yoxdur, təki Azərbaycan əleyhinə mövzu olsun. Odur ki, onların qarayaxma planları yeni bir proses deyil.
“Amnesty International” kimi ermənipərəst təşkilatların yaydığı qərəzli bəyanatlar, ikili standartlar prinsipi, “qara piar” kampaniyası heç bir nəticə verməyəcək, qərəzli çağırışların heç bir effekti olmayacaq. Çünki nəyəsə etiraz edəndə əvvəlcə onun səbəbini ortaya qoymalısan. Onların ortaya qoyduğu səbəbləri isə biz görürük və müəyyən edirik ki, bütün bunlar tamamilə əsassız və mənasızdır, sadəcə, suyu bulandırmaq naminə kampaniya aparırlar. Bu kampaniyaları aparanların özləri də bilirlər ki, müvəffəqiyyətli bir nəticə əldə edə bilməyəcəklər. Sadəcə olaraq, bu, düşmənin xarakteri və xislətidir. Biz bu təşkilatların keçmişdə belə çirkin hərəkətlərinin dəfələrlə şahidi olmuşuq. Bu gün də belə cəhdlərin şahidi oluruq. Ümumiyyətlə, onlar Azərbaycanın uğurlara imza atmasını həzm edə bilmirlər. Ancaq indiyədək “Amnesty Interntional” kimi təşkilatlar bir dəfə də olsa Ermənistanın işğalçılıq siyasəti nəticəsində milyona yaxın insanın hüquqlarının pozulduğunu dilə gətirməyiblər. İnsanların hüquqlarının kütləvi şəkildə pozulmasında günahkar olan Ermənistan dövlətinə bir dəfə formal olsa belə çağırış etməyiblər. Odur ki, adıçəkilən təşkilatın hər hansı bəyanatı Azərbaycan üçün meyar sayıla bilməz. Hər bir kütləvi tədbir zamanı belə təzyiq metodlarının işə salınması onların iş üslubudur. Həmin təşkilata güclü deyil, zəif bir Azərbaycan lazımdır. Güclü Azərbaycan dövləti, ilk növbədə, xalqımıza lazımdır. Həmişə olduğu kimi, bu dəfə də çirkin kampaniyaları uğursuzla və rüsvayçılıqla sona çatacaq, Azərbaycan isə inamla sabaha doğru irəliləyəcək və dünyada artan nüfuzu dövlətimiz üçün yeni uğurlar qazandıracaq.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Roger Zavoli: gördüyümüz səhnələr dəhşətlidir, humanizm baxımından qəbuledilməzdir
26.06.2019
Bülənt Akdeniz: Azərbaycan Türkiyə üçün çox önəmli ölkədir
26.06.2019
Güləş üzrə Azərbaycan millisi ikinci ən güclü komandadır
26.06.2019
Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır
26.06.2019
Azərbaycan çox güclü və nizam-intizamlı bir orduya malikdir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info