“Ölkədə axan qanın dayandırılması üçün hələ də imkan var“
Tarix: 23.05.2019 | Saat: 16:10:00 | E-mail | Çapa göndər



Liviya Milli Həmrəylik Hökuməti və Sədrlik Şurasının sədri Fayiz əs-Serrac ölkədə axan qanın dayandırılması və dialoq masasına oturulması üçün hələ də imkan olduğunu söylədi.

Liviya Milli Həmrəylik Hökuməti və Sədrlik Şurasının sədri Fayiz əs-Serrac ölkədə axan qanın dayandırılması və dialoq masasına oturulması üçün hələ də imkan olduğunu söylədi.
Tunisdə Liviya Şərq Bölgəsi liderlərilə bir araya gələn Serrac general Xəlifə Hafterin paytaxt Tripolini ələ keçirmək üçün başlatdığı əməliyyata işarə edərək, bu acı təcrübədən və bunun doğurduğu nəticələrdən istifadə etməyin vacib olduğunu vurğuladı.
Hafterin bu əməliyyatları hakimiyyəti ələ keçirmək üçün həyata keçirdiyinin söyləyən Serrac “Şərqdəki qardaşlarımızı bu qarşıdurmadan kənarda qalmağa çağırırıq. Bütün liviyalıların qanı bizim üçün qiymətlidir” dedi.
Serrac son hücumlarda iki tərəfdən də yüzlərlə insanın həyatını itirdiyinə diqqət çəkərək bildirdi ki, ölkənin qarşı-qarşıya olduğu böhranın sülhpərvər yollardan həllinə yaxınlaşmışdıq ki Tripoliya istiqamətli bu hücumlar siyasi prosesə ciddi zərbə endirdi, ölkəni zorakılıq və müharibənin girdabına apardı. Ölkədəki mübarizənin şərq ilə qərb arasında deyil, müasir sivil dövlət istəyənlərlə dövləti militarlaşdırmaq və totalitar rejimə qayıtmaq istəyənlər arasındadır.
Qeyd edək ki, Liviyanın şərqindəki hərbi qüvvələrin lideri general Xəlifə Hafter paytaxt Tripolini ələ keçirmək üçün 4 apreldə hücum üçün göstəriş vermiş, bunun qarşısında Liviya Milli Həmrəylik Hökuməti qüvvələri də Burkan əl-Gadab əməliyyatını başlatmışdı.
Beynəlxalq Səhiyyə Təşkilatının açıqladığı məlulmata görə, Tripoli və ətrafındakı toqquşmalarda aprelin 4-dən bəridir təqribən 500 nəfər həyatını itirib.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir
18.10.2019
“Türkiyə hədəfinə çatdı“
18.10.2019
“Bizim müqavilənin bir xüsusiyyəti də ondan ibarətdir ki...“
18.10.2019
“Maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır.”
18.10.2019
Bəşəriyyətin qatı düşməni terrorizmə qalib gəldiyimiz zaman daha çox həyatlar xilas ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info