“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman vətəndaşların hüquqlarının etibarlı müdafiəsinə xidmət edir
Tarix: 23.05.2019 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın əsas istiqamətlərindən biri hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının yaxşılaşdırılmasıdır.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparat rəhbəri Fərhad Nəcəfov Fərmanın əhəmiyyəti ilə bağlı AZƏRTAC-a açıqlamasında bildirib ki, hakimlərin maddi təminatının gücləndirilməsi kimi ilk baxışdan sadə görünə bilən bu formulanın əsl qayəsini əslində hakimlərin müstəqilliyinin təmin olunması təşkil edir. Məhkəmə hakimiyyəti ilə bağlı qəbul olunmuş bütün universal sənədlərdə hakimlərin müstəqilliyinin təmin edilməsi ilə əlaqədar həm onların prosessual, həm də maddi müstəqilliyinin eyni vaxtda tənzimlənməsi zəruri şərtdir. Bu mənada, dövlətimizin başçısının məlum Fərmanında mütərəqqi beynəlxalq standartlar gözlənilməklə məsələyə kompleks şəkildə yanaşılıb. Belə ki, orada hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin yuxarıda qeyd olunduğu kimi onların maddi təminatının gücləndirilməsi məsələlərinə sinxron şəkildə yanaşılması açıq xətlə sezilməkdədir.
“Ümumiyyətlə, hakimlərin təminatının gücləndirilməsi məsələsinə hərtərəfli yanaşan sənəd qismində Avropa Şurasının “Avropa hakimlərinin status haqqında” 1998-ci il Xartiyası xüsusi vurğulanmalıdır. Xartiyada qeyd edilib: “Peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar hakimlərin məvacibi elə olmalıdır ki, bu, onların müstəqilliyini və qərəzsizliyini təmin etməklə həm onların fəaliyyətini, həm də özlərini kənar müdaxilələrdən sipər kimi qoruya bilsin”. Dövlətimizin başçısının imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman müasir dövrün reallıqları, habelə beynəlxalq standartlar gözlənilməklə qəbul olunmuş mütərəqqi sənəddir və son nəticədə vətəndaşlarımızın hüquqlarının etibarlı müdafiəsinə xidmət etməkdədir”, - deyə Fərhad Nəcəfov qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Bakıda xeyirxah və səmimi mühit var
16.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etdi
16.06.2019
Türkiyə dünyanın bütün regionları ilə münasibətlərini inkişaf etdirmək istəyir
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasnı qoydu
15.06.2019
Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info