“İnsan hüquqlarının müdafiəsi adı altında gizlənənlərin əsl məqsədi hədəf ölkəyə təzyiq etməkdir”
Tarix: 23.05.2019 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


“Amnesty İnternational təşkilatının UEFA Avropa Liqasının Bakıda keçirilməsinin əleyhinə çıxış etməsi başdan-ayağa qərəzli yanaşmadır”. Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib. Onun sözlərinə görə, bu qurumun hansısa ölkəni demokratiya, insan hüquqları kimi məsələlərdə ittiham etməsi dünya ictimaiyyətinin savadlı kəsimində istehza doğurur: “Artıq dünyada hamı anlayır ki, insan hüquqlarının müdafiəsi adı altında gizlənənlərin əsl niyyəti və məqsədi hədəf ölkəyə təzyiq etməkdir. Azərbaycanı istəməyən qüvvələr yaxşı başa düşürlər ki, bu final oyununu izləməyə gələn minlərlə Avropa vətəndaşı Bakıya heyran qalacaq. Buradakı sabitliyi, tolerantlığı, səmimiliyi görəndən sonra Amnesty İnternational kimi qərəzli qurumların təbliğatı heç olacaq. Digər tərəfdən, mayın 29-da Bakıda UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Bütün Avropa futbolsevərlərinin diqqəti Azərbaycana yönələcək, bütün dünya KİV-ləri Azərbaycandan danışacaq, yazacaq... Təbii ki, bu da kimlərəsə xoş gəlmir”.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir
18.10.2019
“Türkiyə hədəfinə çatdı“
18.10.2019
“Bizim müqavilənin bir xüsusiyyəti də ondan ibarətdir ki...“
18.10.2019
“Maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır.”
18.10.2019
Bəşəriyyətin qatı düşməni terrorizmə qalib gəldiyimiz zaman daha çox həyatlar xilas ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info