Çinin xarici işlər naziri ilk dəfə Gürcüstana səfərə gəlib
Tarix: 24.05.2019 | Saat: 07:41:00 | E-mail | Çapa göndər



Çin Xalq Respublikasının xarici işlər naziri Van Yinin başçılıq etdiyi nümayəndə heyəti mayın 23-də Bakıdan Gürcüstan paytaxtı Tbilisiyə gəlib.
AZƏRTAC xəbər verir ki, Van Yi səfər çərçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir Mamuka Baxtadze, eləcə də gürcü həmkarı David Zalkaliani ilə görüşəcək.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşlərdə iki ölkə arasında iqtisadi, siyasi, humanitar, ticarət və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Görüşdə “Bir kəmər, bir yol” beynəlxalq təşəbbüsü çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələsi də diqqət mərkəzində olacaq.
Gürcüstanın Çindəki səfiri Arçil Kalandiya jurnalistlərə müsahibəsində deyib ki, Çin Gürcüstanın ən vacib ticarət tərəfdaşlarından biridir. İkitərəfli münasibətlər dinamik inkişaf edir.
Nazir müavini Çin xarici işlər nazirinin Tbilisiyə ilk səfərinin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirib.




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
“Qolos Armenii”: “Paşinyan ölkəni cəhənnəmə çevirməkdədir”
13.10.2019
Putin MDB dövlət başçılarını Sankt-Peterburqdakı sammitə dəvət edib
12.10.2019
İlham Əliyev diplomatik ustalıq göstərdi və kimin kim olmasını Paşinyanın üzünə dedi
12.10.2019
Suriya ərazisindən Türkiyənin yaşayış sahəsi atəşə tutulub, ölənlər var
11.10.2019
Putin: “MDB ölkələri ticarət müharibələri şəraitində özlərini valyuta risklərindən qorumalıdır“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info