“Daşnaksütyun“ Paşinyanın istefasını tələb edəcək
Tarix: 24.05.2019 | Saat: 09:11:00 | E-mail | Çapa göndər



Hər şeydən əvvəl xatırladaq ki, hələ bir müddət bundan əvvəl “Change.org” internet platforması erməni baş nazir Nikol Paşinyanın sağlamlıq durumu ilə bağlı beynəlxalq klinikalardan birində sorğu aparılması təklifi ilə çıxış etmişdi.

Maraqlıdır ki, “Change.org” səbəb kimi, bunu Paşinyanın qısamüddətli hakimiyyəti dövründə qeyri-adekvat qərarlar qəbul etməsi ilə əlaqələndirmiıdi. Qeyd edək ki, internet platforması Paşinyanın son “fəaliyyətini” dövlət başçısı olan adekvat şəxs üçün qəbuledilməz hal kimi dəyərləndirmiş, onun hakimiyyətdə olduğu müddətdə verdiyi qərarların əvvəlki bəyanatlara tam zidd olduğunu bildirmişdi: “...Hətta son zamanlar özünə nəzarəti itirən Paşinyan, ölkənin hüquq-mühafizə orqanlarına repressiv xarakterli əmrlər verməyə də başlayıb ki, bu da onun zehni fəliyyətlə bağlı problemlərinin üzə çıxmasından xəbər verir. Əlbətdə ki, biz bunu israr etməsək də bu artıq bir faktdır. Ona görə də, biz baş nazir Paşinyanın beynəlxalq klinikalardan birində müayinədən keçirilərək, müayinənin nəticələrini ictimaiyyətə çatdırmasını tələb edirik...”
Təbii ki, bütün bu son erməni reallıqlarına Ermənistanın "Daşnaksütyun" partiyası da öz “töhfəsini” verməyə başlayşb. Belə ki, artıq mayın 20-dən başlayaraq üzərlərində sarı kartlar daşıyan partiya üzvləri İrəvanın Azadlıq meydanında mitinq keçirməyə başlayıblar: “Bu bizim hökumətə rəhbərlikdən, Paşinyanın xalqa verdiyi vədləri yerinə yetirilməməsindən irəli gələn narazılığımızın ilk həmləsidir. Hələlik biz hakimiyyətə sarı kart göstətməklə ona xəbərdarlıq etmək istəyirik".
“Новости-Армениya” saytına ermənilərin nə birinci, nə ikinci, nə üçüncü, hətta dördüncü prezidentlərinin mitinqə dəvət olunmadığını bildirən Ermənistanın sabiq kənd təsərrüfatı naziri Artur Xaçatryan: “Biz, hələlik, sadəcə olaraq, ölkədə baş verən hadisələr barədə narahatlığımızı ifadə edəcəyik... "-deyə bildirib.
...Belə görünür ki, Nikolu qarşıda hansı aqibət gözlədiyi yaxınlarda məlum olacaq...

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
“Qolos Armenii”: “Paşinyan ölkəni cəhənnəmə çevirməkdədir”
13.10.2019
Putin MDB dövlət başçılarını Sankt-Peterburqdakı sammitə dəvət edib
12.10.2019
İlham Əliyev diplomatik ustalıq göstərdi və kimin kim olmasını Paşinyanın üzünə dedi
12.10.2019
Suriya ərazisindən Türkiyənin yaşayış sahəsi atəşə tutulub, ölənlər var
11.10.2019
Putin: “MDB ölkələri ticarət müharibələri şəraitində özlərini valyuta risklərindən qorumalıdır“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info