Ədviyyat və tamlı qatqılar alarkən aldanmayın
Tarix: 05.08.2013 | Saat: 22:04:00 | E-mail | Çapa göndər


Ədviyyatlar və ətirli otlar insan orqanizmində həzmi yaxşılaşdıran, iştah açan, xörəklərə, şirniyyatlara, mürəbbələrə, içkilərə və digərlərinə dad, ləzzət və xüsusi ətir verən bitki növlərinin müəyyən hissələridir.
Bu məhsullar əsasən iki növə ədviyyat və ətirli otlara ayrılırlar. Əslində ədviyyatla ətirli otlar arasında o qədər də böyük fərq yoxdur. Ədviyyat ətirli otların, ağac qabıqlarının, meyvələrin və toxumların qurudulmuş halıdır. Ətirli otlar xörəyə ətir verirkən, ədviyyatlar xörəyin ləzzətini artırır.
Ticarət şəbəkəsində realizə olunan və kulinariyada geniş istifadə edilən əsas ədviyyat növləri vanilin, mixək, darçın, quru nanə, toz və dənəvər qara istiot, zəfəran, sumaq, sarıkök. zəncəfil, cirə, razyana və sairədir. Eyni zamanda xörəklərə dad və ləzzət vermək üçün ətirli otlardan da istifadə edilir. Ətirli otlar təzə və ya quru halda istifadə edilir. Azərbaycanda istifadə olunan əsas ətirli otlar şüyüd, reyhan, tərxun, nanə, cəfəri, keşniş, kəvər, turşəng, kərəviz, kəklikotu və s. ibarətdir.
Bitkinin hansı hissəsindən alınmasına görə ədviyyələr 6 qrupa bölünür. Belə ki, ədviyyələr əsasən bitkinin toxumundan, meyvəsindən, çiçəyindən, yarpağından, qabığından, kökündən alınır. Hazırda ticarət şəbəkələrində müxtəlif çeşiddə ədviyyat qarışıqları da realizə olunur. Bu ədviyyatlardan kulinariyada, qənnadı, konserv, kolbasa, likör və digər yeyinti sənayesində xammal kimi istifadə edilir. Ədviyyatlar tərkibində efir yağı, su və s. maddələr olduğundan onların təbabətdə də böyük əhəmiyyəti vardır.
İstehlak bazarında həmçinin tamlı qatqılar da realizə olunur ki, onların da əksəriyyəti müxtəlif bitkilərdən müvafiq emal üsulları tətbiq olunmaqla alınır. Tamlı qatqıların əksəriyyəti müxtəlif bitkilərdən müvafiq emal üsulları tətbiq olunmaqla alınır. Bunlara xörək duzu, yeyinti turşuları (sirkə, limon, süd, şərab və alma turşuları), souslar və pastalar (mayonez, tomat sousları, meyvə və delikates souslar, acika və s.), ətirli-ədviyyə bitkilərindən alınan tamlı qatqılar (aşxana xardalı və qıtıqotu), meyvə-giləmeyvələrdən alınan tamlı qatmalar, duza və sirkəyə qoyulmuş tamlı qatmalar (zeytun, mərzə və s.), kimyəvi və sintetik üsulla alınan tamlı qatmalar (natrium-qlütamat, ətirli cövhərlər və yeyinti boyaları) aiddir.
Ədviyyatların və tamlı qatqıların istehlak dəyəri onların tərkibində olan efir yağlarının, üzvi turşuların, qlikozidlərin, alkaloidlərin və digər dad və tam verən maddələrin miqdarı ilə müəyyən olunur. Qidaya qatılan ədviyyatlar və tamlı qatqılar onun yaxşı həzm olunmasını və tez mənimsənilməsini təmin edir. Ədviyyatın təbabətdə də əhəmiyyəti çox böyükdür. Onların hər birinin ayrı-ayrılıqda müalicəvi xüsusiyyətləri var və geniş istifadə edilir.
Ədviyyatlar və tamlı qatqılar ticarət şəbəkəsində əsasən qablaşdırılmış şəkildə realizə olunur. Ədviyyatlar əsasən karton qutularda, döyülmüş və bütöv halda, müxtəlif kütlədə satışa verilir. Qablaşdırma materialı əsasən daxildən perqament və ya podperqament olmaqla kağız və kartondan ibarət olur. Bundan əlavə müvafiq qurumlardan icazə ilə ədviyyatlar sellofan, plastmas, polimer və şüşə qablarda qablaşdırıla bilər. Qablaşdırma vasitəsinin üzərində bu məhsulların quru, qaranlıq və sərin yerdə saxlanması barədə xəbərdarlıq olmalıdır. Tamlı qatmalar isə ən müxtəlif qablaşdırılma materiallarından istifadə olunmaqla qablaşdırılır.
Qablaşdırılmış ədviyyatlar və tamlı qatqılar mütləq markalanmalı və etiketdə istehlakçılar üçün zəruri olan aşağıdakı məlumatlar olmalıdır:
- istehsalçının adı və ünvanı;
- malın adı,
- istehsal tarixi
- xalis çəkisi,
- tərkibi,
- istehlak xassələri,
- saxlanma müddəti və s.
Tamlı qatqılar alarkən istehlakçılar onların qablaşdırılmasına, markalanmasına xüsusilə diqqət etməlidirlər. Çünki bu məhsulların müvafiq standartların tələblərinə uyğun istehsal olunmaması, saxlanması şəraiti və müddətlərinə əməl edilməməsi onların istifadəsini təhlükəli edə bilər.
Bu məhsulların kimyəvi məhsullarla, tez iylənən mal və materiallarla bir yerdə daşınması və saxlanması qadağandır. Ədviyyatlar quru, təmiz, yaxşı havalandırılan ziyanvericilərdən uzaq yerlərdə, 200C temperaturda, 75 faiz nisbi rütubətdə saxlanmalıdır. Bu məhsullar yağışlı və nəmli havalardan sonra mütləq havalandırılmalıdır. Ticarət obyektlərindən bu məhsulları alarkən onların saxlanma, şəraitinə və markalanmasına diqqət edin. Əks halda istehlakçı hüquqlarınızın pozulması ilə yanaşı aldığınız mal gözlənilən effekti verməyəcək.
Təqdim etdi: İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info