“İmprovizasiya azadlıq deməkdir”
Tarix: 05.08.2013 | Saat: 22:05:00 | E-mail | Çapa göndər


Allahyar Vəzirov: “Vaqif Mustafazadənin Azərbaycan mədəniyyətində və incəsənətində qoyduğu caz musiqisinin təməli, dünya
cazında yeni bir dönəm yaratdı”


Müsahibimiz Azərbaycan Dövlət Televiziyasının caz qurupunun bədii rəhbəri və vibrofon ifaçısı Allahyar Vəzirovdur:

-Bir musiqiçi kimi Azərbaycanın hazırkı caz musiqisi sizi qane edirmi? Bizim böyük caz ustadımız Vaqif Mustafazadədən sonrakı cazmenlər onun sənət yolunu layiqli davam etdirirlərmi?
- Mən Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının bakalavr pilləsini və Çikaqo Konservatoriyasının magistr pilləsini bitirmişəm. Həm klassik, həm də caz musiqi ifaçısıyam. Sənət dünyam haqqında ilk öncə onu qeyd edə bilərəm ki, musiqi mənim üçün canlı orqanizmdir. Burada fikirlər müəyyən müddətdən sonra dəyişir. Vaqif Mustafazadə və Rafiq Babayev kimi görkəmli caz ustadlarımız o vaxt incəsənət aləmimizdə çox böyük bir irəliləyiş etdilər. Demək olar ki, onlar dünya cazına fərqlilik və yeni nəfəs gətirdilər. Bu, çox böyük işdir. Vaqif Mustafazadənin musiqisi heç vaxt ölməyəcək. Bu, bir ədəbiyyat kimidir. Nəcə ki Nizami, Füzuli kimi ədəbi klassiklərimizi oxumamış müasir ədəbiyyatı, eləcə də dünya klassiklərindən olan Şekspiri nümunə göstərmək olmaz, eləcə də klassik musiqidə isə birinci Baxı öyrənmək lazımdır, onun polifonik cəhətini bilmək lazımdır. Bundan sonra isə Motsartı, Haydnı, Bethoveni keçərək indiki zamanın musiqisi öyrənmək olur.
Mən klassik musiqi ilə caz musiqini ayırmıram. Mənim üçün hər musiqinin öz yeri və zamanı var.
- Bu gün istər klassik, istərsə də caz musiqilərinə edilən improvizasiyalar sizi qane edirmi?
- Əslində mənim musiqidə addımlarım o dərəcədə böyük olmayıb. Mən çox şey etmişəm, amma onları saymıram. Mən 2006-cı ildə Ağ Evdə Corc Buş və Lora Buş üçün konsert vermişəm. Mən orada Həsən Rzayevin “Çahargah rapsodiyası”nı ifa etdim. Həsən Rzayev mənim ilk müəllimim olub. O, çox gözəl insan və musiqiçi olub. Onun əsərini Ağ Evdə ifa etdiyim üçün mən çox böyük qürur hissi duyurdum. Mən ABŞ-da bir çox konsert proqramları ilə çıxış etmişəm. Sonuncu keçirilən caz festivalında öz solo proyektimlə çıxış etmişəm. Mən Azərbaycanda ilk və yeganə caz-vibrofon ifaçısıyam. Dünyada isə ilk ifaçıyam ki, vibrofonda Azərbaycan musiqisi ifa edirəm. Mən həm də Azərbaycan Dövlət Televiziyasının Musiqi Kollektivlərinin bədii rəhbəri, dostum, istedadlı musiqiçi Ramil Qasımovla birlikdə iki əsər yazdırmışam. Bunlardan biri “Alagöz” əsəri, digəri isə Tofiq Quliyevin “Sevgilim” əsəridir ki, vokal və vibrofon şəklində yazıldı və çox gözəl duet alındı. Mən Azərbaycan mədəniyyəti üçün çox şey etmək istəyirəm. Bu addımlar hələ kiçikdir.
İmprovizasiyaya gəldikdə isə demək istəyirəm ki, improvizasiya individual bir filmdir. Onun düzgün olub-olmadığını heç kim deyə bilməz. Çünki cazın mənası, ən böyük tərəfi improvizasiya deməkdir. İmprovizasiya isə öz fikrini və düşüncəni çatdırmaqdır. Onun mənası budur ki, improvizasiya heç vaxt təkrarlanmamalıdır. Bu da mühitdən və əhvali-ruhiyyədən asılıdır. Müəllimlərim mənə bunu öyrədiblər ki, caz musiqisində improvizasiya individualdır və heç vaxt təkrarlanmır. İmprovizasiya azadlıq deməkdir və ən əsası caz musiqisinin böyük tarixi var.
- Əvvəllər bizim görkəmli musiqiçilərimiz improvizasiya etdikləri zaman bu, çox böyük marağa səbəb olurdu. İndiki gənc musiqiçilərin improvizasiyaları sizi qane edirmi?
- Nə qədər insan varsa, o qədər də fikir var. Bəli, məni qane edir. Mən yaşıdlarımın kosertlərinə gedirəm, onları dinləyirəm və nəsə götürməyə çalışıram. Mən ömür boyu öyrənmişəm və öyrənəcəyəm. Mənim üçün öyrənməyin sonu yoxdur. Fikrimcə, əsl musiqiçi heç vaxt deməməlidir ki, mən hər şeyi öyrənmişəm. Mənim etdiyim improvizasiyalar bir az fərqlənir və bu, normal faktdır. Caz musiqisinin özəlliyi və gözəlliyi də elə budur.
- Sizin fikrinizcə, bu gün Azərbaycanın musiqi dünyasında cazın rolu nədən ibarətdir?
- Vaqif Mustafazadənin Azərbaycan mədəniyyətində və incəsənətində qoyduğu caz musiqisinin təməli, dünya cazında yeni bir dönəm yaratdı. Bu, böyük maraqla qarşılandı və biz bu sahədə özümüzü göstərməyi bacardıq. Caz musiqisi dünya musiqisidir və biz orada Azərbaycan caz-muğamını göstərdik. Bu da biz Azərbaycan xalqının əsas incəsənət gücü deməkdir.
- Gənc cazmenlərin potensialını necə qiymətləndirirsiniz?
- Azərbaycan xalqı çox istedadlı xalqdır və bütün gənclər bu yolda ürəklərini qoyurlar. İnanıram ki, gələcəkdə Azərbaycan cazmenləri dünya arenasında öz sözlərini deyəcəklər. Bu da öz növbəsində Azərbaycan xalqının istedadlı və potensiallı olduğunu bir daha sübut edəcək.
- Dünya cazmenləri ilə Azərbaycan cazmenləri arasında nə kimi fərq görürsünüz?
- Hər bir şeydə. Ritmdə, melodik və harmonik yanaşmada. Çünki bu üç amil caz musiqisində çox böyük rol oynayır. Onların fikir və anlayışı ilə bizim fikirlərimiz tamam fərqlidir.
- Bu gün cəmiyyətin caz musiqisinə olan marağını necə görürsünüz?
- Deyərdim ki, çox böyük maraq var. Bildiyiniz kimi, hər il Bakı Caz Festivalı keçirilir və xaricdən böyük musiqiçilər gəlir. Buna çox böyük maraq duyurlar. Festivalda bütün zallar dolu olur.
- Musiqi məktəblərində cazın təbliği... Sizcə, uşaqların caz musiqisinə cəlb olunması üçün hansı addımlar atılmalıdır?
- Mən onu deyə bilmərəm. Musiqi məktəbində oxuduğum dövrdə məktəbdə caz fakültəsi yox idi. Uşaqların caz musiqisinə cəlb olunmaları üçün gərək statistika aparılsın.
Onu da deyim ki, Azərbaycan cazmenləri çox şey etməyə qadirdir. İnşallah, zaman göstərəcək.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
06.11.2018
“Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
06.11.2018
“Dil babalarımızdan qalmış dəyərli mirasımızdır”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info