“Çimərlikdə qadağanedici şarları keçmək olmaz”
Tarix: 24.05.2019 | Saat: 13:27:00 | E-mail | Çapa göndər


“Çimərliklərdəki istirahət insanlarda gözəl anlar yaşatdığı kimi onlar üçün xoş olmayan anlar , bədbəxt hadisələrlə də yadda qalır”. Bu fikri təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert Elmar Nurəliyev bildirdi.
Ekspert qeyd etdi ki, hər il çimərlikdə xeyli sayda insan boğulur və həyatını itirir: "Nə qədər maarifləndirmə aparılsa belə, yenə də bədbəxt hadisələr azalmır. Səbəb isə insanların öz həyatına biganə yanaşmasıdır. İnsanlar istirahətlərini xoş keçirməyi planlaşdırdıqları kimi öz təhlükəsizliklərini də düşünməlidir. Bunun üçün ilk öncə getdikləri yeri düzgün seçmək lazımdır. Yəni, dövlət tərəfindən qadağan edilmiş çimərliyə getmək olmaz. Daha sonra hava şəraiti nəzərə alınmalıdır. Küləkli, dumanlı havada və günün qaranlıq vaxtı dənizə girməmək məsləhətdir. Günün 12:00-dan 16:00-dək olan aralığında suya girməmək məsləhətdir.
Dənizə tək getməmək və özünüz ilə apardığınız yeməklərə diqqət etmək lazımdır. Valideynlər də diqqətli olmalıdırlar və uşaqları nəzarətsiz buraxmalı deyillər. Yağlı yeməklər, qızardılmış qidalardan uzaq durmaq lazımdır. Çimərlikdə spirtli içki qəbul edilməli deyil. Bu, həm suya girəndə boğulma təhlükəsi yaradır, həm də spirtli içki qəbul edən adamı günvurma ehtimalı daha çox olur. İnsanlar dənizə özləri ilə qayıqlar, katamaranlar və hava şarları gətirməməlidirlər. Müalicə alan şəxslər dərman qəbul edirlərsə, çimərliyə getmədən öncə nəzərə almalıdırlar ki, bunun əks təsiri ola bilər” .
Ekspert çimərlikdə yaşanan ən böyük problemlərdən birinin qadağanedici şarların keçilməsi olduğunu vurğuladı: "Çimərlikdə qadağanedici şarları keçmək olmaz. İnsanlar bir nüansı bilməlidirlər ki, çimərlik istirahət üçündür, yarış meydanı deyil. Bəziləri dərində üzməklə diqqəti özlərinə cəlb etmək istəyirlər. Ancaq düşünmürlər ki, özlərini təhlükəyə atırlar. Ən çox rast gəlinən məqamlardan biri "kim daha çox uzağa üzə bilər " deyib yarışırlar. Bunun da sonu bədbəxt hadisələrə gətirib çıxarır. İnsanlar bilməlidirlər ki, qaydalara əməl etmək onların təhlükəsizliyi üçündür”.
E.Nurəliyevin qənaətincə, istirahət məkanlarının rəhbərliyi də təhükəsizlik tədbirlərinin görülməsində maraqlı olmalıdırlar:"Onlar da qaydaları pozan şəxsləri aşkar edərlərsə, tədbir görməli, lazım gələrsə oradan uzaqlaşdırmalıdır. Çünki hadisə baş verərsə, cavabdeh şəxslər də məsuliyyət daşıyır. Dənizkənarı çimərliklərin və istirahət məkanlarının xilasediciləri və həkim briqadasının olması lazımdır. Onlar hər hansı təhlükə zamanı vaxtında müdaxilə edərək hadisənin qabağını ala bilər. Hovuzu olan istirahət məkanları da təhlükəsizlik qaydalarına riayyət etməlidir. Hovuzda nəzarətçinin olması mütləqdir”.
Ekspert qeyd edib ki, azyaşlılarla böyüklərin eyni hovuzda çimməsi yolverilməzdir: "Bu həm azyaşlının həyatı üçün təhlükəli, həm də xəstəlik mənbəyi ola bilər. Hovuza girmədən öncə duş qəbul etmək lazımdır. Hansı infeksion yaxud dəri xəstəliyi olan şəxsin hovuza girməməsi məsləhətdir. Hovuzlar hər gün təmizlənməli və dərmanlanmalıdır. Hovuzda işıqlandırma varsa, onun elektriklə bağlı təhlükəsizliyi nəzərə alınmalıdır.
Atraksionlardan, aqua parklardan istifadə zamanı azyaşlı uşaqların böyüklər üçün nəzərdə tutulan atraksiondan istifadəsi yolverilməzdir və təhlükəli ola bilər. Nəzarətçi olmadan atraksionlardan və aquaparklardan istifadə etmək olmaz. Burada valideynlərin də üzərinə məsuliyyət düşür. Şahidi oluruq ki nəzarətçi "olmaz " deyendə valideyn "uşaq mənimdir mən bilərəm” deyib heç bir təhlükəsizlik qaydalarına əməl etmir. Deməli, təhlükəsizlik tədbirləri görülən yerlərdə qaydalara əməl edilsə, hər hansı neqativ və yaxud bədbəxt hadisələrin baş verməsi riski də aşağı düşər”.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Roger Zavoli: gördüyümüz səhnələr dəhşətlidir, humanizm baxımından qəbuledilməzdir
26.06.2019
Bülənt Akdeniz: Azərbaycan Türkiyə üçün çox önəmli ölkədir
26.06.2019
Güləş üzrə Azərbaycan millisi ikinci ən güclü komandadır
26.06.2019
Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır
26.06.2019
Azərbaycan çox güclü və nizam-intizamlı bir orduya malikdir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info