Bayramda sərnişin avtobusları pulsuz işləyəcək
Tarix: 05.08.2013 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Ramazan bayramı münasibətilə sosial aksiyaya start verib.
NİİM-in mətbuat xidmətindən verilən məlumata görə, Ramazan bayramının ilk günü - avqustun 8-də saat 06:00-dan 24:00-a qədər Bakıda ictimai nəqliyyat xidmətləri pulsuz olacaq. Müəyyən olunmuş marşrutlardan gün ərzində istifadə edən sərnişinlər gediş haqqı ödəməyəcəklər. Aksiya Ramazan bayramı ilə bağlı həyata keçirilir və bir gün davam edəcək. Bu aksiya ilk dəfə olaraq NİİM tərəfindən həyata keçirilir. Mərkəz bu kimi aksiyaların davamlı olmasını və gələcəkdə də ənənə halına gəlməsini ümid edir. NİİM-in bu təşəbbüsünü “Transqeyt” MMC və “Çinar Trans” MMC dəstəkləyərək aksiyaya qoşulub.
Qeyd edək ki, sərnişinlər 8 avqust tarixində bəzi avtobus marşrutlarından ödənişsiz istifadə edə biləcəklər. Yaranan hər hansı məsələ ilə bağlı NİİM-in “141 qaynar xətt”inə müraciət etmək olar.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info