Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
Tarix: 24.05.2019 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Bakıda yarışlar yüksək səviyyədə təşkil edilib. Burada hər şey çox mükəmməldir. Bakı təhlükəsiz şəhərdir. Ona görə də buradakı yarışlarda məmnuniyyətlə iştirak edirik. İnsanlar çox mehribandırlar. Hər məsələdə bizə kömək edirlər. Azərbaycanın milli xörəkləri çox dadlıdır. Burada qalmaq, məşqlər etmək üçün hər cür şərait var.
Bunu mayın 24-da Bakıda start götürən aerobika üzrə 11-ci Avropa çempionatında iştirak edən erməni əsilli rusiyalı gimnast Duxik Canazyan AZƏRTAC-a müsahibəsində deyib. “Bakı 2015” birinci Avropa Oyunlarında da iştirak etdiklərini vurğulayan gimnast bildirib: “Dörd il əvvəl Bakıda keçirilən birinci Avropa Oyunlarında iştirak etmişik. Bakıda gözəl idman ab-havası var. Milli Gimnastika Arenası qeyri-adi gözəlliyə malikdir. Burada azarkeşlər bütün gimnastlara, eləcə də bizə güclü dəstək verirlər”.
“Arsenal” komandasının erməni futbolçusu Henrik Mxitaryanın UEFA Avropa Liqasının Bakıda keçiriləcək final qarşılaşmasında iştirak etmək istəməməsinə münasibət bildirən gimnast deyib: “Düşünürəm ki, idmanla siyasəti qarışdırmaq düzgün deyil. Mən onun yerinə olsaydım, komandamı dəstəkləyib onun yanında olardım”.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
20-ci saniyədə qırmızı vərəqə aldı
22.10.2019
“Real“da həmişəlik qalmaq istəyirəm“
21.10.2019
Azərbaycan triatlonçusu Avropa kuboku finalında qızıl medal qazanıb
21.10.2019
Azərbaycan Premyer Liqasının səkkizinci turuna yekun vurulub
20.10.2019
Anna Başta “Satellite” turnirində qızıl medal qazandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info