CASCFEN Yevlaxda ifadə azadlığı ilə bağlı konfrans keçirib
Tarix: 05.08.2013 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


Yevlax şəhərində Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyəsi ilə gerçəkləşdirdiyi “Söz azadlığı mədəniyyətinin təbliği” layihəsi çərçivəsində konfrans
keçirilib.

Konfransı giriş sözü ilə açan layihənin koordinatoru, CASCFEN sədrinin müavini Nadir Azəri bildirib ki, tədbirdə Yevlax şəhər İcra Hakimiyyətinin, müxtəlif dövlət qurumların təmsiçiləri, şəhərin fəal gəncləri və KİV nümayəndələri iştirak edir. Konfransda çıxış edən CASCFEN sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət isə öncə təşkilat haqqında danışıb. O, Azərbaycanda söz və ifadə azadlığı ilə bağlı dünya standartlarına cavab verən qanunvericilik bazasının olduğunu bildirib, bu istiqamətdə dövlət tərəfindən görülən işlərdən söz açıb. Azər Həsrət fürsətdən istifadə edərək yaradılmış şəraitə görə, Yevlax Şəhər İcra Hakimiyyətinə təşəkkür edib. Layihə barədə konfrans iştirakçılarına geniş məlumat verən CASCFEN sədri bu istiqamətdə Tərtərdə və Yevlaxda tədbirlərin təşkilini regionlarımızda da KİV-in, söz azadlığının inkişafına böyük diqqətin verilməsinin təzahürü kimi dəyərləndirib. Yevlax Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ramin Qələndərov qonaqları salamlayıb, Prezidentin tapşırıq və tövsiyələri əsasında rayonda görülən quruculuq-abadlıq işlərindən, söz və mətbuat azadlığının vəziyyətindən danışıb. O qeyd edib ki, CASCFEN tərəfindən həyata keçirilən layihə region üçün əhəmiyyətlidir. Sonra Azər Həsrət CASCFEN-in Yevlax üzrə təmsilçisi Zülfiyyə Əliqızına qurumun işindəki fəallığına görə təşkilatın diplomunu təqdim edib. Bundan başqa, CASCFEN-in 100-cü üzvü olduğu üçün təşkilatın fəalı Türkan Fikrətqızına xatirə diplomu təqdim edilib. Çıxışlardan sonra söz əsas məruzəçilərə verilib. CASCFEN İdarə Heyətinin üzvü, «Kaspi» qəzetinin müxbiri Lalə Musaqızı söz və ifdadə azadlığı, bunun ayrı-ayrı ölkələrdə necə həyata keçirilməsi və ölkəmizdə bununla bağlı atılan addımlar haqqında ətraflı məlumat verib. Təqdimatla müşayiət olunan çıxışında məruzəçi onu da bildirib ki, bəzən insanlar söz və ifadə azadlığını anarxiya kimi başa düşürlər. Bu isə yolverilməzdir. CASCFEN İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin müəllimi Nüşabə Hüseynli isə sosial şəbəkələrdə cərəyan edən proseslər barədə geniş bəhs edib. O, sosial şəbəkələrdə yaradılan qruplar və paylaşılan informasiyalar zamanı əməl edilməsi vacib olan məqamlara toxunub, konfrans iştirakçılarına bununla bağlı tövsiyələrini çatdırıb. Konfransda yerli “Kür” qəzetinin, həmçinin Yevlaxda fəaliyyət göstərən El TV-nin nümayəndələri də iştirak edib. Tədbir zamanı iştirakçılara CASCFEN-in eyni adlı layihə çərçivəsində çapdan çıxmış “İfadə azadlığı: fikir və söz azadlığı” adlı kitabı paylanıb, mövzuyla bağlı ətraflı müzakirələr aparılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info