“Qafqazda Azərbaycan və erməni məsələsi“ kitabının müzakirəsi keçirilib
Tarix: 25.05.2019 | Saat: 03:58:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetində (ADU) beynəlxalq münasibətlər və idarəetmə fakültəsi və Azərbaycanşünaslıq Elmi Tədqiqat Laboratoriyasının təşkilatçılığı ilə Rizvan Hüseynovun "Qafqazda Azərbaycan və erməni məsələsi" kitabının müzakirəsi keçirilib.
Trend-in məlumatına görə, regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva kitabın əhəmiyyətindən danışıb, yeni nəşri müəllifin zəngin araşdırma və tədqiqat işinin məhsulu kimi qiymətləndirib. O, kitabın müxtəlif mənbələrdən faydalanaraq sadə, anlaşıqlı və kifayət qədər tutarlı tarixi faktlarla yazıldığını söyləyib.
“Ümumqafqaz” evinin təsisçisi, Daxili İşlər Nazirliyinin sabiq general-mayoru Kamil Məmmədov kitabın aktual mövzuya həsr olunduğunu qeyd edib, nəşrin işıq üzü görməsini mühüm hadisə olduğunu vurğulayıb:
"Kitabda Cənubi Qafqaz regionunda məskunlaşdırma siyasəti və onun doğurduğu nəticələr ön planda dayanır. Cənubi Qafqaz regionu çar Rusiyası tərəfindən işğal edildikdən sonra burada, xüsusilə də Azərbaycanda məqsədyönlü məskunlaşdırma siyasəti həyata keçirilib. Yeni əraziləri işğal edən rus çarları yerli əhaliyə güvənməyərək, daim bu ərazilərdə xristianlardan təşkil olunan sadiq təbəələri məskunlaşdırmağa çalışıblar".
Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradov kitabda toplanan tarixi faktların həqiqətə söykəndiyini və oxucular üçün aydın tarixi mənzərə yaratdığını söyləyib. O deyib:
"Kitab həm siyasi, həm həm tarixi baxımından əhəmiyyətlidir. Kitabda bir çox qaranlıq və mübahisəli məqamlara aydınlıq gətirilib. Natiq kitabda Azərbaycan tarixinin dolğun və əhatəli şəkildə əks olunduğunu və “mənbəşünaslıq” baxımından xüsusi əhəmiyyət kəsb edir".
Beynəlxalq münasibələr kafedrasının dosenti Namiq Əsədov və Qafqazşünaslıq kafedrasının dosenti Namiq Kərimov nəşrin gələcəkdə aparılacaq tədqiqatlar üçün önəmli tarixi mənbəyə çevriləcəyini vurğulayıblar.
Müəllif, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Qafqaz tarixi mərkəzinin direktoru Rizvan Hüseynov tədbir iştirakçılarına, universitet rəhbərliyinə yaradılan şəraitə görə təşəkkürünü bildirib.
Tədbir tələbələrin sualları ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“Metrovaqonmaş”da Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib
21.10.2019
“Opalus Partners Group” şirkəti HR sahəsi ilə bağlı təlimləri uğurla həyata keçirir
21.10.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib
20.10.2019
YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info