Çili mətbuatında Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş məqalə yayımlanıb
Tarix: 25.05.2019 | Saat: 04:02:00 | E-mail | Çapa göndər


Çilinin geniş oxucu kütləsinə malik xəbər saytında Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş məqalə yayınlanıb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Çilinin geniş oxucu kütləsinə malik epicentrochile.com xəbər saytında Azərbaycan Respublikasının Çili Respulikasındakı Diplomatik Missiyasının müvəqqəti işlər vəkili Yasin Cəfərovun müəllifliyi ilə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş, “Azərbaycanın tarixi şəhəri Naxçıvan” başlıqlı məqalə yayınlanmışdır.
Məqalədə, muxtar respublika barədə geniş məlumat verilərək Naxçıvanın tarixən Qədim İpək Yolu üzərində yerləşdiyi, Şərq və Qərb arasında ticarət yollarını və sivilizasiyaları birləşdirdiyi, “Şərqin Qapısı” adlandırıldığı qeyd olunur. Bu il 95 illik yubileyini qeyd edən Naxçıvan MR-də zəngin mədəniyyəti əks etdirən qədim tarixi abidələrin, o cümlədən hündürlüyünə və bənzərliyinə görə Azərbaycanın “Maçu Piççu”su adlandırılan, Azərbaycan xalqının qəhrəmanlıq simvolu hesab edilən “Əlincə Qalası”nın, yerli xalq inanc və toponimlərindən əlavə Qafqazın bir çox tədqiqatçılarının əsərlərində də bəhs olunan “Nuh peyğəmbərin məzarüstü türbəsi”nin burada yerləşdiyi bildirilir.
Azərbaycanda qadına hörmətin, onun ictimai-siyasi həyatda rolunun tarixən var olduğunu sübut edən, Azərbaycan Atabəylər dövlətinin ictimai-siyasi həyatında mühüm rol oynamış Mömunə xatının şərəfinə 12-ci əsrdə ucaldılmış, YUNESKO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salınmış “Mömunə Xatın” türbəsindən bəhs edilərək, Azərbaycanda bu dəyərin tarixən qorunub saxlanıldığını və Azərbaycanın 1918-ci ildə qadınlara seçki hüququ verən dünyanın ilk dövlətləri sırasında olmasının heç də təsadüfi olmadığı vurğulanır.
Məqalədə, həmçinin muxtar respublikanın turistik məkanlarından, o cümlədən Ağbulaq və Batabat istirahət mərkəzləri, Duzdağ Fizioterapeya Mərkəzindən bəhs olunur. 2018-ci ildə İslam Əməkdaşlıq Təşkilatı Tərəfindən Naxçıvan şəhərinin “İslam Mədəniyyətinin Paytaxtı”, Azərbaycanın “Gənclər Paytaxtı” elan olunduğu, bu münasibətlə ötən il Naxçıvanda bir çox beynəlxalq və yerli festival və tədbirlərin keçirildiyi bildirilir.
Eyni zamanda, zəngin mədəni ənənələrə malik Naxçıvanın ənənəvi qrup rəqsi olan “Yallı (Köçəri, Tənzərə)”nın YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edildiyi qeyd olunur.
Bundan əlavə, məqalədə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı, sənaye və kənd təsərrüfatı potensialından bəhs olunaraq, digər məhsullarla yanaşı məşhur “Badamlı”, “Sirab” müalicəvi mineral sularının, “Naxçıvan duzu”, “Naz Lifan” markalı məhsullarının dünya bazarlarında öz layiqli yerini tutduğu ifadə olunur. Cənubi Qafqaz regionunun ən böyük günəş elektrik stansiyasının Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yerləşdiyi vurğulanaraq, muxtar respublikanın alternativ enerji mənbələrinə malik olmaqla həm də elektrik enerjisi ixrac etdiyi bildirilir. Təmiz enerji hesab edilən alternativ enerji mənbələri ilə Azərbaycanın öz növbəsində regionun enerji təhlükəsizliyinə töhfə verdiyi qeyd olunur.
Muxtar respublikada müasir ali təhsil müəssisələrinin fəaliyyət göstərdiyi və burada xarici tələbələrin də təhsil aldığı qeyd olunaraq, Çilili gənclərin də müxtəlif təhsil təqaüdü proqramları çərçivəsində ölkəmizdə təhsil almaq imkanlarının olduğu bildirilir.
Sonda isə, Azərbaycan Hökuməti tərəfindən yaradılan “ASAN viza” sistemi vasitəsilə dünyanın yüzə yaxın ölkəsinin, o cümlədən Çili vətəndaşlarının asan və rahat şəkildə Azərbaycan vizası əldə etmə imkanının olduğu vurğulanaraq, Şərq və Qərb sivilizasiyaları ilə eyni anda tanış olmaq üçün Çili vətəndaşları Azərbaycana, o cümlədən onun Naxçıvan Muxtar Respublikasına səyahət etməyə dəvət olunur.
https://www.epicentrochile.com/2019/05/19/najichevan-la-ciudad-historica-de-azerbaiyan/




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
DGK ilə ABŞ gömrük orqanları arasında əlaqələr müzakirə edilib
26.06.2019
Avstriya Ali Məhkəməsi ukraynalı oliqarxın ABŞ-a ekstradisiyasına icazə verib
26.06.2019
Azərbaycan tolerant ölkədir və milli dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir öyük önəm verir
26.06.2019
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir
25.06.2019
Jurnalist Fuad Abbasov Azərbaycana yola salınıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info