Gürcüstan prezidentliyinə 26 namizəd qeydə alınıb
Tarix: 05.08.2013 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


Gürcüstan Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, indiyədək ölkə prezidentliyinə 26 nəfərin namizədliyi qeydə alınıb, 3 iddiaçının namizədliyinin qeydiyyatından isə imtina olunub.
Seçki qanunvericiliyimə əsasən, prezidentliyə namizədliyini irəli sürmək istəyənlərdən ərizə qəbulu sentyabrın 7-də başa çatacaq. Sentyabrın 17-dək isə namizədlər MSK-ya 26.530 tərəfdarının imzasını təqdim etməlidirlər. Xatırladaq ki, Gürcüstanda prezident seçkiləri bu il oktyabrın 27-də keçiriləcək. Prezidentliyə namizəd, Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Qardabani rayonundakı ən böyük yaşayış məskənlərindən olan Kosalı kəndində yerli əhali ilə görüşüb. N.Burcanadze kəndin azərbaycanlı sakinlərini müqəddəs Ramazan münasibətilə təbrik edib. Görüşdə kənddəki mövcud problemlər prezidentliyə namizədin diqqətinə çatdırılıb. Sakinlər həyətyanı təsərrüfatlarında yetişdirdikləri məhsulları Tbilisi şəhərinin bazarlarına apara bilmədiklərini, kəndə məxsus torpaqların kənar şəxslərə verildiyini, otlaq sahələrinin olmadığını, iş yerlərinin azlığını və digər problemləri qeyd ediblər.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info