Ordubadlı nümunəvi ailə təsərrüfatlarının iş təcrübələri muxtar respublikada yayılır
Tarix: 25.05.2019 | Saat: 11:24:00 | E-mail | Çapa göndər



Muxtar respublikada daxili bazarın yerli və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsində xüsusi payı olan ailə təsərrüfatlarının inkişafı istiqamətində dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilir, ailə təsərrüfatlarının yaradılmasına, onların fəaliyyətlərinə hərtərəfli qayğı göstərilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Ordubad rayonunda fəaliyyət göstərən ailə təsərrüfatlarının iş təcrübələrinin muxtar respublikada geniş tətbiq edilməsi ilə əlaqədar keçirilən tədbirdə danışılıb.
Tədbirdə muxtar respublikanın şəhər və rayon icra hakimiyyətləri başçıları, aidiyyəti nazirlik və komitə təmsilçiləri, rayonların 167 qabaqcıl ailə təsərrüfatı başçısı iştirak edib. Ordubad rayonunun nümunəvi ailə təsərrüfatı başçıları – Ələhi kənd sakini Yaşar Həbibov 33, Dırnıs kənd sakini Sadiq Möhsümov 25, Vənənd kənd sakini Xalid Mayılov 31, Yuxarı Əndəmic kənd sakini Aslan Rüstəmov 20, Tivi kənd sakini Xəqani Cəfərov 18 adda və başqaları müxtəlif çeşidli mürəbbələr, turşular, şirniyyatlar, qurudulmuş meyvələr, dərman bitkilərindən istehsal edilmiş müalicəvi araqlar, keçi pendiri, şor-kərə, süzmə qatıq, doşablar və digər yüksəkkeyfiyyətli məhsullarla tədbirdə iştirak ediblər.
Əvvəlcə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək ailə təsərrüfatlarının fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilib, Ali Məclis Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı” təsdiq olunub.
“Dövlətimiz tərəfindən göstərilən qayğı ailə təsərrüfatlarının sayının artması ilə yanaşı, ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar açır. Bu cür təsərrüfatlar Ordubad rayonunda da çoxdur”, - deyə E.Məmmədov vurğulayıb. Qeyd edib ki, rayonun ailə təsərrüfatlarında 1611 hektar payız, 1689 hektar yaz əkini sahələri, 720 hektar meyvə bağı, 13 min 745 arı ailəsi, 10 min 258 baş iribuynuzlu, 81 min 375 baş xırdabuynuzlu, 145 min 678 baş təsərrüfat quşları mövcuddur. Ailə təsərrüfatlarında lizinq yolu ilə alınmış 138 ədəd müxtəlif təyinatlı maşın və mexanizmlərdən istifadə edilir.
Bildirilib ki, son illərdə yeni meyvə bağlarının salınması, Əylis düzündə 10 hektar sahədə qızılgül kollarının əkilməsi, rayonda meyvəçiliyin, heyvandarlığın, arıçılığın, bostançılıq və tərəvəzçiliyin inkişafı aqrar sahəyə dövlət tərəfindən göstərilən qayğının ifadəsidir. Ordubad Rayon İcra Hakimiyyətinin başçısı tədbirin təşkili üçün rayonun ailə təsərrüfatları adından minnətdarlığını bildirib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev “Muxtar respublikada ailə təsərrüfatlarına dövlət dəstəyi: reallıqlar və perspektivlər” mövzusunda çıxış edib. Bildirib ki, Ordubad rayonunda təşkil edilən bu tədbirin məqsədi nümunəvi ailə təsərrüfatlarının iş təcrübələrinin muxtar respublikanın bütün rayonlarında fəaliyyət göstərən ailə təsərrüfatlarına aşılanmasıdır.
Nazir diqqətə çatdırıb ki, muxtar respublikada əhalinin zəruri ərzaq məhsulları ilə təmin olunması məqsədilə bir çox dövlət proqramları qəbul edilərək uğurla icra olunur. Hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada aqrar sahənin inkişafına öz töhfəsini verməkdədir.
Vurğulanıb ki, son illərdə muxtar respublikada istehsal olunan məhsulların festivallarının təşkili ənənə halını alıb. “Göycə”, “Kətə”, “Arıçılıq məhsulları – bal” və “Ailə təsərrüfatı məhsulları” festivalları istehsalçılar və istehlakçılar tərəfindən yüksək dəyərləndirilib, müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalına marağı daha da artırıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov isə bildirib ki, yanvarın 1-nə muxtar respublikada 205 kəndi özündə birləşdirən 159 kənd inzibati ərazi dairəsində 83 min 193 təsərrüfat qeydə alınıb. Onların 45 mindən çoxu bitkiçilik və heyvandarlıqla, o cümlədən 3775-i arı ailələrinin saxlanması, 500-dən çoxu isə istehsal və emal fəaliyyəti ilə məşğul olan təsərrüfatlardır. Naxçıvan Muxtar Respublikasında bu ilin ilk rübündə 500-dən çox ailə təsərrüfatında 2200-dək ailə üzvü qeydiyyata alınıb. Ailə təsərrüfatlarında istehsal olunan məhsulların statistik təsnifatı üzrə 32 çeşiddə istehsal olunub və satılmış məhsul növləri müəyyən edilib.
Çıxış edən nümunəvi ailə təsərrüfatı başçıları – Ordubad rayonunun Ələhi kənd sakini Yaşar Həbibov, Dırnıs kənd sakini Sadiq Möhsümov, Tivi kənd sakini Xəqani Cəfərov muxtar respublikada ailə təsərrüfatlarının inkişafına göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası istiqamətində girovsuz qaydada güzəştli faizlərlə 6 ailə təsərrüfatı başçısına kreditlər verilib. Kredit alanlar ailə təsərrüfatlarının inkişafına yaradılan şəraitdən razılıqlarını bildirərək minnətdarlıq ediblər.
Tədbirin gedişi zamanı Ordubad Rayon Mədəniyyət Sarayının musiqi kollektivlərinin çıxışları iştirakçılarda xoş ovqat yaradıb.




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info