Otel və kirayə evlərə pul xərcləməyən turistlər
Tarix: 25.05.2019 | Saat: 12:00:00 | E-mail | Çapa göndər



Son illər şimal bölgəsinin turizm zonalarında çadır quraraq dincələn turistlərin sayı xeyli artıb.

Çadırda qalmağın əsas üstünlüyü dincələcəyin yeri sərbəst seçə bilmək imkanının olmasıdır. Otel və ya evdə gecələyən zaman mütləq geri qayıtmalısansa, çadırla gəzintiyə çıxanda bu, problem deyil. İstənilən yerdə çadırı qurub gecələmək mümkündür.
Çadırda gecələmək turistlər üçün olduqca sərfəlidir. Məsələn iki nəfər turist bir həftə oteldə və kirayə evdə qalsa, ən azı 200-250 manat ödəməlidir. Çadırda qaldıqda isə bu vəsaiti digər işlərə xərcləmək mümkündür.
Həftəsonlarını təbiət qoynunda keçirməyi sevən Ləman və Aysel adətən dostları ilə birlikdə çadırda qalmağa üstünlük verirlər. Bu zaman yalnız təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır. Turistlər vəhşi heyvanların hücumuna məruz qalmamaq üçün əsasən yaşayış məntəqələrinə yaxın yerlərdə məskən salırlar.
“Biz əsasən istirahətimizi həftəsonuna salırıq. Ailə üzvlərimizlə, dostlarımızla təbiət qoynuna gəlirik. Bu bizə asan başa gəlir. Əvvəlcə meşəlik ərazidə çadırımızı qurmağa uyğun yer tapırıq. Sonra yemək hazırlıyırıq. Bu cür dincəlmək bizə çox ucuz başa gəlir”, - deyə Ləman Fətullayeva bildirib.
Çadır qurulan ərazi seçilərkən diqqət etməli bir vacib məqamlar var.
“Ayı və başqa vəhşi heyvanların yaşadığı ərazilərdə çadır qurmaq təhlükəlidir. Ona görə ərazi seçiləndə diqqət etməliyik ki, vəhşi heyvanlardan uzaq bir yer olsun. Biz adətən çadırın yaxınlığında ocaq qalayırıq. Bu zaman ətrafdan yarpaqları, təmizləyirik ki, yanğın baş verməsin”, -deyə Aysel Seyidməmmədova söyləyib.
Çadırdan istifadə edən turistlərin ən çox xoşuna gələn bir məqam da meşələrdə və ya dağların ətəyində gecələməkdir. Bu turizm növünə ekstrim sevən insanlar daha çox üstünlük verirlər.
Turizm ekspertləri ölkəyə xeyli xarici qonaqların səfər etdiyini nəzərə alaraq turizmin bütün növlərinin inkişafını vacib sayırlar.
Uzun illərdir turizm sahəsində çalışan Həzrətqulu Əhmədov çadırda dincələn qonaqlar üçün bələdiyyə, qoruqluq və park ərazilərində xüsusi şərait yaradılmasının vacibliyini söyləyir.
“Çadır turizmi təşkil edən şirkətlərin sayı artırılmalıdır. Ekoturizmin bir növü olan çadır turizminin inkişaf etdirilməsi vacibdir. Az büdcəli turistlərin istirahəti üçün daha uyğun hesab edilən çadır turizminin inkişafının xarici qonaqların sayına da müsbət təsir göstərə bilər”, - deyə H.Əhmədov bildirir.
Çadır gecələyən turistlərə daha çox iyul-avqust aylarında Qubanın Qəçrəş və Xaçmazın Nabran istirahət zonalarında rast gəlinir.




 
Bölməyə aid digər xəbərlər
11.10.2019
Ötən ay Azərbaycana ən çox İran və Mərkəzi Asiya ölkələrindən qonaq gəlib
08.10.2019
Dağ yürüşünə çıxmaq istəyənlər üçün yeni marşrutlar hazırlanır
07.10.2019
Beynəlxalq aviaşirkət Bakını ayın şəhəri seçib
04.10.2019
Azərbaycan ilə Gürcüstan turizm sahəsində əməkdaşlıq edəcək
01.10.2019
Bakı turizm baxımından Tbilisini üstələyib və xeyli irəlidədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info