Ermənistan Boks Federasiyasının nümayəndəsi: Mxitaryanla əlaqədar Azərbaycana və UEFA-ya ünvanlanan tənqidlər başadüşülən deyil
Tarix: 25.05.2019 | Saat: 13:42:00 | E-mail | Çapa göndər


Azərbaycana və UEFA-ya ünvanlanan tənqidlər başadüşülən deyil. Henrix Mxitaryan Bakıda keçiriləcək final oyununda iştirak etməməklə bağlı qərarı özü qəbul edib. Halbuki Azərbaycan tərəfi onun təhlükəsizliyi üçün tam zəmanət verib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Ervand Hakobyan özünün “Facebook” səhifəsində yazıb.
Ermənistanda “Facebook” istifadəçiləri E.Hakobyanın bu sözlərinə müxtəlif şərhlər yazaraq öz fikirlərini bildiriblər. Onların bəziləri Mxitaryanı qorxaq adlandıraraq qeyd ediblər ki, erməni güləşçilər beynəlxalq yarışlarda, xüsusilə 2007-ci ildə keçirilən güləş üzrə dünya çempionatında və 2015-ci ildə təşkil olunan birinci Avropa Oyunlarında iştirak etmək üçün Bakıya gediblər. Ermənistan Dövlət Bədən Tərbiyəsi İnstitutunun müəllimi Araks Marutyan (o, həmçinin H.Mxitaryanın müəllimi olub) “Eurasianet.org” portalına müsahibəsində erməni futbolçunun qərarına münasibət bildirərək deyib: “İdman azarkeşi kimi deməliyəm ki, erməni boksçular və yaxud digər erməni idmançılar müxtəlif yarışlarda iştirak etmək üçün Bakıda olublar. Onlar Mxitaryan ilə müqayisədə daha böyük risk alıblar. Amma Mxitaryan beynəlxalq səviyyədə tanınmış futbolçu olduğu üçün daha çox qorunur. Onun finalda iştirak etməməsi təəccüblüdür”.




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Cüdoçumuz açıq Avropa kubokundan bürünc medal qazanıb
13.10.2019
“Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
13.10.2019
Təmiz qolumuz qeydə alınmadı
13.10.2019
İdman gimnastlarımız növbəti Olimpiya lisenziyasına sahibləndilər
13.10.2019
Bədii gimnastika üzrə bölgələrarası kubokunun qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
4 Ankarada “Buta Bakı“
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info