Respublika fənn olimpiadalarının final turu keçirilir
Tarix: 25.05.2019 | Saat: 14:17:00 | E-mail | Çapa göndər



Mayın 25-də Təhsil Nazirliyinin tabeliyindəki İlyas Əfəndiyev adına Elitar gimnaziyada Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə Respublika fənn olimpiadalarının final turu keçirilir.

AZƏRTAC xəbər verir ki, final turuna yarımfinal mərhələsində yüksək nəticə göstərmiş şagirdlər aşağı və yuxarı yaş qrupu olmaqla qatılıblar. Doqquzuncu və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri aşağı yaş qrupu, 10-cu və 11-ci sinif şagirdləri isə yuxarı yaş qrupu olmaqla öz aralarında yarışırlar. Olimpiadada ümumilikdə 533 şagird iştirak edir.
Olimpiadanın təşkili və keçirilməsi qaydalarına əsasən, iştirakçıların 50 faizini keçməmək şərti ilə qaliblər elan olunacaq. Hər fənn üzrə yuxarı yaş qrupundan ən yaxşı 24 nəfər və 24-cü ilə eyni bal toplayan şagirdlər, aşağı yaş qrupunda isə 12 nəfər və 12-ci ilə eyni bal toplayan şagirdlər qalib elan olunacaq.
Olimpiadadan sonra günün ikinci yarısı münsiflər heyəti şagirdlərin yazı işlərini yoxlayacaqlar. Hər bir şagirdə kod və şifrə təqdim olunub. Münsiflər işini bitirdikdən sonra şagirdlər olimpiada.edu.az saytına daxil olaraq öz kod və şifrəsini istifadə etməklə ilkin nəticələr ilə tanış ola biləcəklər.
Mayın 26-da “Yazı işlərinə baxış” adı altında koordinasiya şurası təşkil olunacaq. Şagirdlər münsiflər heyəti ilə bərabər öz yazı işləri ilə tanış ola biləcəklər.
Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev AZƏRTAC-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən Respublika fənn olimpiadalarının qalibləri Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında iştirak etmədən öz ixtisaslarına uyğun olaraq ali məktəbləri seçəcək və birbaşa tələbə adını qazanacaqlar.
“Bəzən sual yaranır ki, sadəcə qızıl medal qazananlarmı ali məktəblərə imtahansız qəbul oluna biləcəklər? Nəzərinizə çatdırım ki, fərqi yoxdur həm qızıl, həm gümüş, həm də bürünc medallı şagirdlər Respublika fənn olimpiadalarının qalibi sayılır və imtahansız tələbə adını qazanmaq şansı qazanırlar”, – deyə Fuad Qarayev qeyd edib.
Xatırladaq ki, Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil olunub.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“Avropa İttifaqı ətraf mühit siyasəti, Qazlaşdırma və Qlobal Cənubla iqtisadi əlaqələrin rolu”
21.10.2019
Aİİ-nin prorektoru Beynəlxalq Forumda iştirak edib
19.10.2019
Ukraynanın ali təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı ixtisası açılıb
18.10.2019
ADU-da “Haqq səsimiz” mövzusunda dəyirmi masa keçirilib
18.10.2019
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info