İntensiv leysan yağışı nəticəsində Gorançayda daşqın olub
Tarix: 25.05.2019 | Saat: 14:47:00 | E-mail | Çapa göndər



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə mayın 24-ü gündüz qərb rayonlarında, 25-də gecə və səhər bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, Daşkəsən-Gədəbəy zonasında intensiv olub, dolu düşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşən yağıntının miqdarı Çaykənddə (Göygöl) 21, Daşkəsəndə 20 (aylıq normanın 20 faizi), Gədəbəydə 19 (aylıq normanın 17 faizi), Tərtərdə 17 (aylıq normanın 33 faizi), Ağdərədə (Ordubad) 12, Göygöldə 9, Astarada 7, Balakəndə 6, Beyləqan, İmişli, Sarıbaş (Qax), Gəncədə 5, Kürdəmirdə 4, Cəfərxan (Saatlı), Ceyrançöl, Zaqatala, Naftalanda 3, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, Neftçala, Ağstafa, Şəmkir, Tovuzda 2, Şərur, Yevlax, Sabirabad, Salyan, Hacıqabul, Biləsuvar, Ağsu, Kişçayda (Şəki) 1 millimetr olub.
Tərtər rayonu ərazisində saat 17:55-dən 18:40-dək 45 dəqiqə ərzində şiddətli göy gurultusu ilə müşahidə olunan leysan yağışı yağıb, Yuxarı Ağcakənd ərazisində saat 16:17-dən 16:19-dək 2 dəqiqə ərzində diametri 13, Daşkəsəndə saat 17:04 radələrində diametri 16 millimetr olan dolu düşüb.
Yuxarı Ağcakənd ərazisində yağan intensiv leysan yağışı nəticəsində Gorançayda daşqın olub.
Qərb küləyi əsib, sürəti Daşkəsəndə saniyədə 28 , Ağdamda 20, Şahdağda 16 metrədək güclənib.




 
Bölməyə aid digər xəbərlər
13.10.2019
Vasim Məmmədəliyev vəfat edib
13.10.2019
Gəncədə yanğın olub, sakinlər təxliyə edilib
13.10.2019
Çində yeməkxanada baş verən partlayışda 6 nəfər ölüb, 15 nəfər yaralanıb
13.10.2019
Panama gəmisi Tokio körfəzində tufan səbəbinə görə batıb
12.10.2019
Qatar sərnişin avtobusuna çırpıldı: 9 ölü, 13 yaralı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
4 Ankarada “Buta Bakı“
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info