UNICEF: 600 min əfqanıstanlı uşağı ölümdən xilas etmək üçün 7 milyon dollar tələb olunur
Tarix: 25.05.2019 | Saat: 15:32:00 | E-mail | Çapa göndər



Əgər beynəlxalq ictimaiyyət yaxın həftələr ərzində 7 milyon dollar vəsait ayırmasa, o zaman kəskin zəifləmədən əziyyət çəkən yüz minlərlə əfqanıstanlı uşaq ölə bilər.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu barədə UNICEF-də bildiriblər.
UNICEF-in nümayəndəsi Kristofer Bulyerak Cenevrədə brifinqdə çıxış edərək, hazırda Əfqanıstanda yaranmış vəziyyəti dünyada ən ciddi böhranlardan biri adlandırıb. O xəbərdarlıq edib ki, zorakılığın şiddətlənməsi və güclü quraqlıq nəticəsində 5 yaşınadək yüz minlərlə uşaq ölümlə üz-üzədir. K.Bulyerak deyib: “İki milyon əfqanıstanlı uşaq zəiflikdən əziyyət çəkir, onlardan 600 min nəfəri isə ağır vəziyyətdədir. Onlara təcili kömək lazımdır”.
Əfqanıstan dünya xəritəsində yeganə “qaynar nöqtə” deyil. Münaqişə ilə əhatə olunan digər ölkələrin əhalisi də - Cənubi Sudandan Yəmənə və Konqo Demokratik Respublikasınadək çox pis vəziyyətdə yaşayırlar. Bununla yanaşı, Bulyerakın sözlərinə görə, Əfqanıstandakı vəziyyət təcili diqqət tələb edir. UNICEF-in təmsilçisi deyib: “Zəifliyin müalicəsiz buraxılmış formasını yalnız biz sağalda bilərik. Əgər biz müalicəyə vəsait tapmasaq, əfqan uşaqları onu ala bilməyəcəklər”, - deyə izah edib.
BMT-nin Uşaq Fondunun məlumatına görə, təkcə bu il Əfqanıstanın 289 min sakini zorakılığın yayılması nəticəsində evlərini tərk etməyə məcbur olmuşlar. 3,8 milyon uşağın yardıma və dəstəyə ehtiyacı var. Hər üç uşaqdan biri psixi sarsıntı keçirib.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Ərdoğan səlahiyyətlərini təhvil verdi
26.06.2019
ABŞ-da Demokrat Partiyasından prezidentliyə namizəd olan siyasətçilərin ilk teledebatları keçiriləcək
26.06.2019
Böyük Britaniya F35 döyüş təyyarələrini ilk dəfə sınaqdan keçirib
26.06.2019
Silahlılar Suriyada 12 yaşayış məntəqəsini atəşə tutublar
26.06.2019
Venesuelalıların Avropa ölkələrinə sığınacaq müraciətləri artdı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info