Əli Kərimlinin “xal qazanmaq” cəhdi puça çıxdı
Tarix: 05.08.2013 | Saat: 22:36:00 | E-mail | Çapa göndər


Fuad Əliyev: “O qurumu “milli şura” adıyla çağırmaq düzgün deyil”

Müxalifətin siyasi liderlərinin və elektoratının düşərgə daxilindən vahid namizədin müəyyənləşdirilməsi məsələsini olduqca ciddi qarşıdurmalara və mübahisə predmetinə çevirdikləri heç kəsə sirr deyil. Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığının ləğvinə vaxtında nail ola bilməyəcəyi təqdirdə müxalifət düşərgəsi analoji problemlə bir daha üzləşə bilər.
Ümumiyyətlə, “qarışqadan fil düzəldən” radikal müxalifət liderləri nəinki özlərindən başqa heç kimi bəyənmirlər, siyasi proseslərə də özünəməxsus şəkildə yanaşırlar. Təsəvvür edin ki, bu adamlar seçkilərin vaxtının bir qədər qabağa çəkilməsini belə şişirdib özləri üçün mövzu tapırlar. Azərbaycan hüquqi dövlətdir. Kimin nə deməsindən asılı olmayaraq, istənilən normativ hüquqi aktlar müvafiq qaydalar əsasında hazırlanır və qəbul edilir. Builki prezident seçkilərinin də 9 oktyabra təyin edilməsi sadəcə hüquqi prosedurdur. Əgər seçki bir qədər uzadılıb, tutaq ki, 9 noyabra təyin edilsəydi, Əli Kərimli deyəcəkdi ki, hakimiyyət vaxt udmaq, prosesi ləngitmək istəyir. Görünən odur ki, digər müxalifət partiyalarını saymayıb tənə ilə yanaşan Əli Kərimli bu dəfə də bu bəhanə ilə xal qazana bilmədi.
Bu azmış kimi “milli şura”da təmsil olunan müxalifət partiyaları öz problemlərini həll etmək əvəzinə bu quruma qatılmayan digər müxalifət partiyalarının müxalif yöndə olmadıqlarını bəyan edərək yeni qalmaqallara yol açırlar.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Palitra”ya verdiyi açıqlamada “milli şura”da cərəyan edən son proseslərin siyasilərdə anormal bəyanatlar verməyə səbəb olduğunu söylədi. O, sözügedən qurumda təmsil olunmayan partiyaların müxalifət olmaması fikrini də rədd etdi: “Milli şura” elə yaranan gündən düzgün təşkil olunmamışdı. Bu qurumun adını “milli şura” qoyublar. Əslində isə o, müxalifətin bir hissəsinin “milli şura”sıdır. Heç onun adını “milli şura” qoymaq belə, düzgün deyil. Burada müxalifətin bir hissəsi cəmləşib axı. “Milli şura”dakılar dəfələrlə deyiblər ki, onlar seçkilərdə iştirak etməsə, digər müxalifət adına iştirak edənlər müxalif qüvvələr olmayacaq. Bununla razı deyiləm. Birincisi, əgər onların namizədi iştirak edə bilsə, onda bizdə deyə bilərik ki, siz hansısa maraqlar naminə seçkilərə qatıldınız. Elə bizə hakimiyyətin proyektisiniz deyirdiniz, amma siz özünüz iştirak edəndə proyekt deyilsiniz? Yəni, bu qısqanclıq anlaşılmazdır. “Mən seçkiyə qatılmıramsa, kimsə müxalifət adına qatılırsa, bu müxalifətçi sayılmır” fəlsəfəsi çürük fəlsəfədir”.
ALDP sədri maraqlı bir xatırlatma edərək Müsavat-AXCP qarşıdurmasının tarixinin xeyli əvvələ gedib çıxdığını da dedi: “Bir neçə il bundan qabaq Xalq Cəbhəsi Partiyası Milli Məclisdə təmsil olunanda onu ittiham edə, digər müxalifət partiyası Müsavat deyirdi ki, sən müxalifət deyilsən, parlamentdə təmsil olunmamalıydın. Beş ildən sonra ittihamların ünvanı dəyişdi. Xalq Cəbhəsi Parlamentdən kənarda qalanda onu ittiham edən digər müxalifət partiyasının-Müsavatın özünün Milli Məclisdə təmsil olunmasını tənqid etdi. İttihamlar yerini beləcə dəyişdi. Müsavat orda təmsil olunubsa, deməli, müxalifət deyilsən. Bunlar Azərbaycanda qeyri-ciddi görünən məsələlərdir. Bizdə müxalifət anlayışı tam formalaşmayıb, nəinki partiya ola. Bundan əvvəl deyirdilər ki, ictimai palataya dəstək verməyənlər müxalifət deyil. İndi isə eyni ittihamları “milli şura” barədə eşidirik. Bu cür yanaşma düzgün deyil. 20 ildir müxalif partiyaların məsələlərə belə yanaşması gətirib ona çıxardı ki, bunlar ancaq demoqogiya ilə məşğul oldular. Onları hakimiyyət maraqlandırmır və sadəcə olaraq öz balaca bir yerini qorumağa çalışırlar. İmkan vermirlər ki, kimsə irəli getsin və əsl müxalifət adına işlər görsün. Bunların bəzilərinin əlinin altında qəzet və saytlar da var. Bu imkanlardan istifadə edib oxucuları bəzi yalan vədlərə və məlumatlara inandırırlar. Deməyim odur ki, get-gedə xalq əsl müxalif qüvvələrin heç də onlardan ibarət olmadığını görəcək!”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info