“Milli şura”da ziddiyyətlər arta bilər”
Tarix: 05.08.2013 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


“Milli şura”nın sədri Rüstəm İbrahimbəyovun yenidən Bakıya qayıdacağı haqda söz-söhbətlər yayılmağa başlayıb. Onun “milli şura”nın növbəti sessiyasına qədər Azərbaycanda olacağı haqda da fikirlər səsləndirilir. Yaxın vaxtlarda İbrahimbəyov ölkəyə gəlməsə və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) tərəfindən boykot qərarı verilsə, Müsavat seçkiyə öz namizədi ilə gedəcək.
“Palitra”ya açıqlama verən Demokratik Birlik Partiyasının (DBP) sədri Mirfazil Həmid sözügedən qurumun seçkilərə hazırlığının ləng getdiyini söylədi: “Milli şura”nın fəaliyyətində ziddiyyətlər davam etməkdədir. Seçkilərə zəif hazırlığın səbəblərindən biri də partiyalar arasında davam edən ziddiyyətlərdir. Belə ki, “milli şura”nın vahid namizədi Rüstəm İbrahimbəyovun Bakıya gələ bilməməsi, həmçinin bir qrupun seçkini boykot, digərinin isə seçkidə iştirak etmək barədə verdiyi təkliflər, seçkiyə az vaxt qalmış bir zamanda çox qarışıq vəziyyət yaradıb. “Milli şura”da boykot qərarının qəbul olunması real görünmür. Zənnimcə, müxalifəti dəstəkləyən insanlar da müxalifətin seçkini boykot etməsini deyil, əksinə, seçkidə iştirak etməsini istəyir. Məlumdur ki, Müsavat Partiyasının ali məclisinin sessiyasında seçkidə iştirak ilə bağlı qərar qəbul edilib. “Milli şura”nın vahid namizədi Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıq məsələsi avqust ayının 15-nə qədər həllini tapmalıdır. Əks halda, hesab edirəm ki, “milli şura” alternativ, yəni, yeni bir namizəd təklif edəcək. Bu isə “milli şura”da olan ziddiyyətlərin artmasına səbəb olacaq.”
Tural




 
Bölməyə aid digər xəbərlər
03.07.2020
“Ayasofya ilə bağlı ittihamlar Türkiyənin suverenlik haqqına birbaşa hücumdur“
03.07.2020
“Sərəncam Prezidentin media üçün təklif etdiyi yeni baxış modelidir”
03.07.2020
Ön cəbhənin ağ xalatlı qəhrəmanları!
03.07.2020
Prezident daim tutarlı faktlar və məntiqi arqumentlərlə işğalçı ölkəni ifşa edib
30.06.2020
Təəssüflər olsun ki, Ermənistan atəşkəs arxasında gizlənərək təcavüzü davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11546

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
3 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
4 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
5 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info