“Milli şura”dakılar hələ bilmirlər, seçkiyə necə qatılacaqlar”
Tarix: 05.08.2013 | Saat: 22:57:00 | E-mail | Çapa göndər


Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin “milli şura”nın fəaliyyəti ilə bağlı səsləndirdiyi tənqidi fikirlər müxalifət düşərgəsində qıcıq yaradıb. Haqlı tənqidləri həzm edə bilməyən bəzi müxalifət liderləri Ümid Partiyasını da hədəfə alaraq onların seçkilərə formal şəkildə qatıldıqlarını deyiblər. Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadə “Palitra”ya verdiyi açıqlamada müxalifət düşərgəsində haqlı tənqidlərin narazılıqla qarşılanmasını təbii saydı.
O, partiyanın seçkilərə dırnaqarası baxması ilə bağlı ittihamların da yersiz olduğunu dilə gətirdi: “Artıq Mərkəzi Seçki Komissiyası oktyabrın 9-da keçiriləcək prezident seçkisinin təqvim planını təsdiqləyib. Təqvimə görə, seçkiqabağı təşviqat sentyabrın 16-dan oktyabrın 8-dək davam edəcək. Ümid Partiyası da bu təşviqat kompaniyasında aktiv olacaq. Bizim xeyli müddət öncə Ali Məclisin seçkidə iştirakla bağlı qərarı oldu. O qərardan irəli gələn bir sıra tədbirləri də həyata keçirmişik. Artıq Bakıda seçki qərargahı yaradılıb və bu işlər regionda da davam etdirilir. İmza toplayacaq şəxslərin də tam siyahısı hazırdır. Biz seçkiyə, demək olar ki, hazırıq”.
Ənvər Ağazadə partiya sədrinin fikirlərinə kəskin reaksiya verilməsinin anlaşılmaz olduğunu vurğuladı: “İqbal bəyin müsahibəsində “milli şura” və onun fəaliyyəti haqqında dediyi fikirlər doğrudur. Əslində bizim tutduğumuz siyasi xətt və mövqeyimiz heç vaxt dəyişməyib. Bu da bizim opponentlərimiz tərəfindən qısqanclıqla qarşılanır. Ona görə də, kim nə deyir, desin, biz öz işimizlə məşğuluq. Siyasətlə maraqlanan insanlarımız da hər şeyi gün kimi aydın şəkildə görürlər. Azərbaycan xalqı da bu seçkilərdə kimin nəyə layiq olduğunu göstərəcək.
Ümumiyyətlə, bizi tənqid edən “milli şura”nın daxilində ciddi proseslər gedir. Biz də bunu müşahidə edirik. Amma o proseslərə qatılmağımız və ya münasibət açıqlamağımız etik baxımdan doğru deyil. “Milli şura” da seçkilərdə yaxşı formada iştirak etsəydi, yaxşı olardı. Bu gün o qurumda baş verənlər təəssüfedici haldır. Onların hələ seçkiyə necə qatılacaqları da bütövlükdə aydın deyil. İbrahimbəyovun vətəndaşlıqla bağlı problemi də hələ həll olunmadığndan orada çox gərgin proseslər gedir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Milli Məclisdə Kanada parlamentarisinin Dağlıq Qarabağa qanunsuz səfəri pislənildi
02.06.2020
Kevin Hern Azərbaycanın Respublika günü ilə bağlı bəyanat verib
01.06.2020
Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib
01.06.2020
ABŞ-ın Nebraska ştatının qubernatoru Azərabycan Günü elan edib
31.05.2020
Azərbaycan dünyada iqtisadi, siyasi və hərbi cəhətdən regionun ən qüdrətli dövləti kimi qəbul edilir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info