Viqen Akopyan: “Paşinyan komandasında təsir rıçaqını əldə etmək üçün mübarizə gedir”
Tarix: 26.05.2019 | Saat: 06:30:00 | E-mail | Çapa göndər



“Bu gün Ermənistanda ən böyük narazılıq konkret, dəqiq nəticələrin olmaması ilə bağlıdır. Artıq erməni cəmiyyətinin müəyyən hissəsi Paşinyandan nəticə tələb edir. Lakin belə görünür ki, ümidlərin çox olması ümidsizliyə səbəb olacaq. Çünki Nikol onların bir şox arzu və tələblərini yerinə yetirmək iqtidarında deyil. Bu gün fərqli qruplar arasında mübarizə Paşinyanın gücünü zəiflədir ki, xarici qüvvələr də bundan hər an istifadə edə bilərlər. Bundan başqa, erməni hökumətinin mülki və siyasi qanadı arasındakı qarşıdurma bir az zəifləsə də, ancaq yeni mərkəzlərin ortaya çıxması tendensiyası istisna edlmir”.
Qeyd edilməlidir ki, bu fikirləri “Sputnik Ermənistan” saytına erməni siyasətçi Viqen Akopyan bildirib. Onun sözlərinə görə, bu gün hakimiyyət daxilindəki müxtəlif qruplar, xüsusilə siyasi və "mülki" qruplar arasındakı mübarizənin mövcudluğu barədə ölkə rəsmilərinin əksəriyyəti kimi, Dövlət Nəzarəti Xidmətinin rəhbəri David Sənasaryan da məlumatlıdır.
İnqilabi yolla hakimiyətə gələnlərin sonrakı talehinin olduqca fərqli olduğunu xatırladan Akopyan burada mübarizənin maliyyə, siyasi və güc əlamətlərinin əldə edilməsi üçün təsiri olduğunu bildirir. Maraqlıdır ki, erməni siyasətçi hakimittətdaxili qarşıdurmanın təkcə daxili siyasi amillərdən deyil, həm də xaricdən yönəldildiyini də itisna etmir. Onun fikrincə, bu mübarizə hakimiyyətin yalnız ölkə daxilində deyil, həm də xaricdəki mövqeyini də xeyli zəiflədir.
Yaranmış şəraitdə Paşinyanın özünün də bir sıra məsələlərə diqqət yetirəcəyini istisna etməyən Akopyan onun ilk olaraq, ölkənin məhkəmə sistemində islahatlar keçirmə adı altında Robert Koçaryanın azadlığa buraxılmasının da mümkünlüyünü ehtimal edir: Erməni siyasətçiyə görə, “...bununla o, hakimiyyət daxilindəki vəziyyəti "dondurmağa" çalışağaq".
Lakin belə görünür ki, Ermənistan hakimiyyətindəki daxili çəkişmələr hazırda başqa məziyyətlərdən xəbər verməkdədir. Təsadüfi deyil ki, artıq gözlənilən təhlükəni gözə alan Nikol mayın 8-də keçidiyi mətbuat konfransında daxili hökumət mübarizəsinə başlamaq üçün hər hansı bir cəhdi “yerindəcə boğacağını” bəyan edib.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Rusiyada sərnişin təyyarəsi qəza enişi edib, ölənlər və yaralananlar var
27.06.2019
Putin İnquşetiyanın yeni rəhbərini təyin edib
26.06.2019
Gürcü larisi tarixi minimumu yenilədi
26.06.2019
Rusiyaya tətbiq olunan sanksiyalar alman şirkətlərini müflis etdi
26.06.2019
Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü tutulub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 01:11 Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub. Dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib. Buna görə də hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info