Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib
Tarix: 26.05.2019 | Saat: 09:14:00 | E-mail | Çapa göndər



Mayın 25-də Azərbaycan Amerikan Tibb Assosiasiyasının təşkilatçılığı ilə Vaşinqtonda “Tibb işçiləri arasında körpünün yaradılması” adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində (USACC) keçirilmiş konfrans ilk dəfə olaraq 40-dan çox azərbaycanlı həkimi bir araya gətirib. Tədbir iştirakçıları dünyanın bir çox ölkələrindən, o cümlədən ABŞ, Kanada, Türkiyə, Almaniya, Rusiya və Azərbaycandan qatılıblar.
Konfransın keçirilməsində məqsəd səhiyyə sahəsində çalışan peşəkarlar arasında əməkdaşlığı təşviq etmək, eləcə də ABŞ və Azərbaycan səhiyyə xidmətində yenilikləri müzakirə etmək olub.
Tədbiri Assosiasiyanın prezidenti Rauf Şahbazov açıb.
Sonra Assosiasiyanın İcraçı direktoru və Direktorlar Şurasının üzvü Elgün Məmmədov tədbir haqqında məlumat verərək, konfransın, eləcə də təşkilatın məqsəd və vəzifələrindən danışıb.

Təşkilatın vitse-prezidenti Feredun Azəri təşkilatın yaranma tarixindən və keçirdiyi tədbirlərdən bəhs edib.
Daha sonra iştirakçılar ABŞ və Azərbaycanın səhiyyə xidmətində yenilikləri müzakirə ediblər. Eyni zamanda, tədbir iştirakçıları ABŞ-a xaricdən gəlmiş tibb işçilərinin qarşısına çıxan imkanlardan və üzləşdikləri çətinliklərdən danışıblar. ABŞ-da uğurlu karyera quran tibb işçiləri öz təcrübələrindən söhbət açıblar. Konfrans iştirakçılara sertifikatların təqdim edilməsi və sosial proqramla yekunlaşıb.
Konfrans PNC Bank, Meridian Integrated Business Solutions, ABŞ-Azərbaycan Ticarət Palatası (USACC), Comprehensive Sleep Diagnostics, San-Antonio Dental Center, LifeLine Medical Imaging təşkilatlarının sponsorluğu, eləcə də Amerikadakı azərbaycanlı icmanın bir qrup üzvlərinin fərdi ianələri hesabına təşkil edilib.
Azərbaycan Amerika Tibb Assosiasiyası 2017-ci ildə Amerikada yaşayan səhiyyə sahəsində fəaliyyət göstərən bir qrup azərbaycanlı mütəxəssis tərəfindən yaradılıb. ABŞ-ın Virciniya ştatında qeydiyyatdan keçmiş təşkilatın məqsədi dünyada yaşayan azərbaycanlı və Amerikan tibb işçilərini bir araya gətirərək, onların arasında səhiyyə xidməti, tibbi təhsil və peşəkar təlim işlərinin koordinasiyasını həyata keçirməkdir.
Təşkilat, həmçinin müxtəlif təqaüd proqramları və təlimlər vasitəsilə Azərbaycanda tibb sahəsində təhsil alan tələbələr üçün imkanlar yaradır.




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib
14.10.2019
“Azərxalça”nın Ağdam filialında “Qarabağ da, Qarabağ xalçası da Azərbaycanındır” mövzusunda tədbir keçirilib
14.10.2019
DİN post-patrul xidmətinə qəbulla əlaqədar müsabiqə elan edir
14.10.2019
İki Milli Qəhrəmanın anım günü qeyd olunub
14.10.2019
Quba ASAN Xidmətində sosial sahibkarliq proqraminin təqdimati keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info