Türkiyədə “Ergenekon”la bağlı məhkəmə hökmü elan edilib
Tarix: 05.08.2013 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Türkiyənin İstanbul şəhər 13 saylı Ağır Cəza Məhkəməsi “Ergenekon” işi ilə bağlı hökmünü elan edib. İstanbulun Silivri rayonundakı məhkəmə binasında keçirilən proses böyük gərginliklə müşayiət olunub. Məhkəmə binasının ətrafı minlərlə polis tərəfindən mühasirəyə alınıb və zala daxil olmaq icazəsi olmayanlar binanın qarşısına buraxılmayıb. Hökmə əsasən, aralarında məşhur şəxslərin olmadığı 21 nəfərə bəraət verilib.

Tanınmışlardan Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ, ordu generalları Hurşit Tolon, Şənər Əruyğur, Həsən Iğsız, Nüsrət Taşdələr, general Vəli Küçük, polkovnik Dursun Çiçək, vəkil Kamal Kerinçsiz və jurnalist Tuncay Özkan, İşçi Partiyasının lideri Doğu Perinçek ömürlük, məşhur jurnalist, CHP millət vəkili Mustafa Balbay 34 il 8 ay, CHP millət vəkili, Ankara Ticarət Palatasının sabiq sədri Sinan Aygün 13 il 6 ay, CHP millət vəkili Mehmet Haberal 12 il 6 ay, ictimai-siyasi xadim və yazar Yalçın Küçük 22 il 6 ay, Türkiyə Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi, ordu generalı Tuncər Kılınç 13 il 2 ay, xüsusi təyinatlı qrupun başçısı olmuş polkovnik Həsən Atilla Uğur 29 il 3 ay, Baş Qərargahın kəşfiyyat idarəsinin keçmiş rəhbəri, general İsmayıl Hakkı Pekin 7,5 il, general Ələddin Sevim 10 il, admiral Mehmet Otuzbiroğlu 20 il 6 ay, general Hıfzı Çubuklu 9 il 6 ay, Milli Birlik Partiyasının lideri Semih Tufan Gülaltay 12 il, İşçi Partiyasının lideri Doğu Perinçəkin oğlu Mehmet Perinçək 6 il, İşçi Partiyasının sədr müavini Fərid İlsevər 15 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkumların ali məhkəmə instansiyasına şikayət etmək hüququ var. Verilən cəza müddəti və həbsdə qalma vaxtları nəzərə alınan bəzi şəxslər azadlığa buraxılıb. Onlar arasında 12 il 6 ay həbs cəzasına məhkum edilən məşhur həkim və CHP millət vəkili Mehmet Haberal da var. M. Haberal 2009-cu il aprelin 19-dan həbsdə idi. İşçi Partiyasının lideri Doğu Perinçəkin oğlu, uydurma “erməni soyqırımı” iddialarına qarşı mübarizə aparan tanınmış tarixçi Mehmet Perinçək və daha 14 nəfər də azad edilib.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır
20.02.2019
İsrailin Baş naziri Moskvaya səfərini təxirə salıb
20.02.2019
İngiltərədə Mühafizəkarlar partiyasından olan üç deputat partiya sıralarını tərk edib
20.02.2019
Suriyanın yeni konstitusiyası hazırlanacaq
20.02.2019
Birlәşmiş Millәtlәr Tәşkilatı Suriya mәsәlәsi ilә bağlı xәbәrdarlıq edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info