“Diaspor fəaliyyətimizin güclənməsində gənclərin mühüm rolu var”
Tarix: 05.08.2013 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Rəşad Bədirli: “Kiprdə Azərbaycana qardaş ölkə kimi yanaşırlar, hər bir problemimizdə yanımızda olurlar”

Azərbaycanda təhsilin inkişafı, uşaq və gənclərin dünya standartlarına uyğun təhsillə təmin olunması, yüksək ixtisaslı kadrların yetişdirilməsi prioritet istiqamətlərdəndir. Məhz bunun nəticəsidir ki, bu gün azərbaycanlı gənclər xarici ölkələrin müxtəlif ali təhsil ocaqlarında təhsil alırlar. Hətta ölkədə bu istiqamətdə qəbul edilən Dövlət Proqramı gənclərin xaricdə təhsil alması üçün geniş imkanlar açır. Gənclərimiz xarici ölkələrdə təhsil almaqla yanaşı, həmin ölkələrdə diaspor nümayəndəsi kimi də ölkəmizi təmsil edirlər. Müsahibimiz həmin gənclərdən biri Şimali Kiprdə fəaliyyət göstərən Uluslararası Kıbrıs Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin tələbəsi Rəşad Bədirlidir:
- Mən orta məktəbdə təhsil alarkən əslində hansısa xarici ölkədə təhsil almağı düşünməmişdim. Amma artıq 11-ci sinifdə oxuduğum müddətdə xaricdə təhsil alan tələbələrin Azərbaycanımızı necə təmsil etdiklərini gördüm və çox xoşuma gəldi. Mən də xaricdə Azərbaycanı təmsil etmək prinsipiylə xaricdə təhsil almağa yönəldim. Xarici ölkədə təhsil deyəndə ilk ağlıma coğrafiya dərsində keçdiyim ölkələr haqqında danışarkən mənə Kipr ölkəsinin əhalisi haqqında danışmaq düşdüyü ağlıma gəldi. Bu da məni qərara aparan bir yol oldu. Hazırda təhsil aldığım Uluslararası Kıbrıs Universitetində təhsil çox güclüdür. Hər bir tələbəyə bir kompyuter düşür. Dünyada internetin ən yüksək sürətli ölkəsi kimi tanınır. Dünyanın bir çox ölkələri tərəfindən tanınır. Bu ali təhsil ocağı ilə İngiltərənin “University of Sunderland” və “University of Wolverhampton” təhsil ocaqları arasında ikili diplom müqaviləsi bağlanıb. Onların əsas məqsədi ixtisaslarını mənimsəmiş tələbələr yetişdirməkdir. Hazırda təhsil aldığım təhsil ocağından çox məmnunam. 1997-ci ildə fəaliyyətə başlayan Uluslararası Kıbrıs Universiteti ingilis dilində tədris verən ali təhsil ocağıdır. Dövrün tələblərini ödəyən bütün texnoloji avadanlıqlar və müasir şəhərciklə təmin olunub. Tələbələrin bu universiteti seçməsinin əsas səbəblərindən biri UNESCO dünya universitetləri siyahısında olması, elektron kitabxana ilə milyonlarla kitaba yiyələnmə, 2 min nəfərdən artıq yataq tutumlu yataqxanalar və s. daxildir. Onu da qeyd edim ki, azərbaycanlı abituriyentlər üçün xüsusi paket hazırlanıb ki, bu da digər ölkələrin təhsil ödəniş məbləğinin yarısına bərabərdir. İlk vaxtlar danışıqla bağlı çətinlik çəkirdim. Müxtəlif ölkədən olan uşalqar var, hər biri də müxtəlif ləhcədə danışırlar. Tədricən öyrəşdim, indi hansı ölkədən olmasına baxmayaraq, bir-birimizi rahat başa düşürük.

- Siz orada diaspor fəaliyyəti ilə də məşğulsunuz. Bununla bağlı nə deyərdiniz?
- Mən orada Azerbaijani Students and Alumni International Form- Azərbaycan Tələbə Cəmiyyətinin (ATC) üzvüyəm. Biz müxtəlif tədbirlər həyata keçiririk. Bir çox universitetlərdə Azərbaycanın bayramları, faciəli günləri ilə bağlı tədbirlər təşkil edirik. Bundan başqa qəzetlərdə, yaxud televiziya proqramlarında çıxış edirik. Ölkəmizlə bağlı müxtəlif mövzularda, o cümlədən Qarabağın ermənilər tərəfindən işğalı, bir sözlə Azərbaycan haqqında bütün reallıqları çatdırmağa çalışırıq. Bir sözlə, Azərbaycanın tanıdılması üçün əlimizdən gələni edirik. Bizim universitetdə xeyli sayda azərbaycanlı tələbə təhsil alır. Biz daim bir-birimizlə əlaqə saxlayırıq və seminarlar təşkil olunduqda orada təhsil alan bütün tələbələr bir yerə toplaşırıq. Azərbaycanla bağı məsələn, bir bayram tədbiri təşkil etdikdə yalnız tələbələr deyil, orada yaşayan soydaşlarımızı da dəvət edirik.

“Təhsil aldğım Uluslararası Kıbrıs Universiteti bütün texnoloji avadanlıq, müasir şəhərciklə təmin olunub. Universitet UNESCO dünya universitetləri siyahısında yer alır”

- Azərbaycana münasibətləri necədir?
- Orada yaşayan əhalinin Azərbaycanla bağlı münasibətlərinə gəldikdə, Türkiyənin ölkəmizlə bağlı münasibətləri kimidir, yəni çox müsbətdir. Bizim həmin ölkənin prezidenti ilə də görüşlərimiz olub. Hətta onun otağında Azərbaycanın xəritəsi var. Millət vəkili Q.Paşayeva səfəri zamanı ona ölkəmizin xəritəsini hədiyyə edib. Onlar bizə qardaş bir ölkə kimi yanaşırlar, hər bir problemimizdə yanımızda olurlar.
- Gənclərimizin diaspor fəaliyyətində rolunu necə qiymətləndirirsiniz?
- Gənclərimizin diaspor fəaliyyəti bu gün göz qabağındadır. Bizim gənclər dünyanın istənilən ölkələrində Azərbaycanı layiqincə təmsil edirlər. Bu gün diaspor fəaliyyətimizin daha da güclənməsində, onların aktiv olmasında gənclərin mühüm rolu var. Bizim Kiprdə digər ölkələrdən olan gənclərlə də yaxşı münasibətlərimiz var. Onların da heç birinin ailəsi yanında yoxdur, hamı bir-biriylə bir ailədir. Bütün ölkələrdən olan tələbələri dəvət edirik, onlar da gəlir, bilmədiklərini öyrənirlər. Orada dünyanın 28 fərqli ölkəsindən tələbə təhsil alır.
Orada təhsil alan xarici tələbələr Azərbaycana gəlmək istəyirlər. Bildirirlər ki, universiteti bitirdikdən sonra Azərbaycana gələcəyik, bizi orada ölkəni ətraflı gəzdirin. Xüsusilə də “Eurovision” mahnı yarışmasında ölkəmizi gördükdən sonra çox xoşlarına gəlib. Gəlmək fikirləri var, onlar bildirir ki, məzun olduqdan sonra birlikdə Azərbaycana gedək. Hətta mən ötən il iki Kipr vətəndaşını Azərbaycana gətirmişdim, çox məmnun oldular.
- Bakıda keçirilən son forumda iştirak etdinizmi və bununla bağlı bir gənc olaraq təəssüratlarınız necədir?
- Bakıda keçirilən Türkdilli ölkələrin rəhbərlərinin forumunda Kiprdən gec gəldiyim üçün iştirak edə bilmədim. Orada azərbaycanlıların məzuniyyət mərasimində iştirak etdim. Ancaq gəldikdən sonra forumla bağlı ətraflı məlumat topladım. Belə forumların keçirilməsi çox müsbət bir haldır. Çünki diaspor Azərbaycanı xarici ölkədə təmsil edir, onun reallıqlarını çatdırır, ölkəmizi təbliğ edir. Başqa xalqların ölkəmizlə bağlı bilmədiklərini onlara daha düzgün çatdırırlar. Qurultaylarda diaspor təşkilatlarımızın gələcək fəaliyyəti ilə bağlı fikirlər səslənir. Bu da bizim gələcəkdə hansı işləri görməmiz üçün istiqamət verir. Eyni zamanda bizi daha da ruhlandırır, bu istiqamətdə daha çox çalışmağımız üçün həvəsləndirir. Bu forumda da gənclərin diaspor sahəsində fəaliyyətinə, xaricdə təhsili ilə bağlı məsələlərə toxunuldu. Biz hər birimiz diaspor olaraq ölkəmizin dünyada tanınmasına, reallıqlarının çatdırılmasına, təbliğinə çalışmalıyıq, ancaq ölkəmizdə təşkil olunan bu qurultaylar, forumlar bizim bu sahədə fəaliyyətimizə daha da təkan verir. Biz hiss edirik ki, dövlət də bizim fəaliyyətimizi dəstəkləyir və bu da bizi güclü fəaliyyətə sövq edir. Biz bu sahədə fəaliyyətlərdən biri kimi internet şəbəkələr vasitəsilə xaricdə yaşayan azərbaycanlılarla əlaqələr yaradırıq. Məlumatları bir-birimizlə paylaşırıq. Yaxud, Kiprdə olan tələbələr bir yerə toplaşaraq layihə hazırlayırıq. Onu xaricdəki digər tələbələrlə bölüşürük. Onlar da bu məlumatları paylaşırlar. Ökəmizlə bağlı daha geniş məlumat yaymağa çalışırıq.
- Hazırda Bakıda tətildəsiniz. Gələcək planlarınız barədə nə deyərdiniz?
- Bir neçə müddətdir ki, Bakıya tətilə gəlmişəm. Ancaq eyni zamanda mən hazırda “Millennium Tourism & Congress DMC» şirkətində çalışıram. Mən ilin 4-5 ayı Bakıda olduğum vaxtda burada çalışıram, bizi şirkətin universitetlə müqaviləsi var, hətta tələbələri oraya təhsil almağa göndərir. Hətta şirkətdə çalışan bəzi əməkdaşlar oranı bitirib. Ümumiyyətlə, istərdim ki, gənclərimiz daha aktiv olsunlar, fikirləşməsinlər ki, sadəcə xaricdə təhsil alıb qayıdım. Mən istərdim ilk növbədə təhsil alım, o ixtisasa yiyələnim, ölkəmizi layiqincə təmsil edim. Mən buradan 2010-2011- ci ildə getdim təhsil almağa. Ancaq hər gəldiyimdə ölkəmizdə yeni dəyişikliklərin şahidi oluram. Azərbaycan sürətli inkişafda olan bir ölkədir. Tez-tez dəyişiklər baş verir, gündən-günə gözəlləşir. Bütün bu baş verənlər bir gənc kimi bizi çox sevindirir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info