Əməyin mühafizəsinə xüsusi diqqət yetirilir
Tarix: 06.08.2013 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) bütün idarə və müəssisələrində olduğu kimi, “Azəriqaz” İstehsalat Birliyində (İB) də insan amilinə, əməyin mühafizəsinə, işçilərin sağlamlığının qorunmasına xüsusi diqqət yetirilir. Birlikdə əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsizlik texnikası qaydalarına riayət olunması, eləcə də bu sahədə beynəlxalq standartların tətbiq edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
2013-cü ilin birinci yarısında İB-nin idarə və təşkilatlarında əmək şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş tikinti işləri davam etdirilmiş, işçilər xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunub, yerlərdə aparılmış yoxlamalar zamanı aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görülmüş, İB-nin regionlarda yerləşən struktur bölmələrinin zərərli və təhlükəli istehsalat sahələrində çalışan işçilərinin dövri tibbi müayinədən keçirilmələri tam başa çatdırılıb. ARDNŞ-in “Tullantıların idarə olunması planı”na uyğun olaraq, İB üçün 405 ədəd müxtəlif rəng koduna malik tullantı konteynerləri alınıb və tabeli təşkilatlar arasında paylanıb. “Azəriqaz” İB-də beynəlxalq standartlarının tətbiqi ilə əlaqədar təlim, tədris və sertifikatlaşdırma idarəsinin köməyi ilə müvafiq hazırlıq işləri aparılıb, daxili auditlər keçirilmiş, aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb. İB üzrə istehsalatla bağlı baş verə biləcək hadisələrin qarşısının alınması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına nəzarətin gücləndirilməsi məqsədi ilə dünya təcrübəsində geniş tətbiq olunan üsullardan istifadə edilir. Bundan başqa, Birliyin idarə və müəssisələrində cari ilin aprel və may aylarında keçirilmiş iməciliklər zamanı ətraf mühitin mühafizəsi, ekoloji mühitin qorunması məqsədi ilə 2 min 500 ədəd ağac, dekorativ kol və gül əkilib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info