Akademiya şəhərciyi tikilir
Tarix: 06.08.2013 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Mərkəzi Elmi Kitabxananın və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin binalarının tikintisi bu ilin sonuna qədər yekunlaşacaq. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu “Akademiya şəhərciyi”nin direktoru Nazim Sadıqov deyib.
N.Sadıqov bildirib ki, Kimya Problemləri, Fizika və Geologiya institutlarının binalarının əsaslı təmiri isə sentyabrda tamamlanacaq. “Akademiya şəhərciyi”ndən bir neçə qeyri-akademik qurum köçürülüb, digərlərinin köçürülməsi barədə son danışıqlar aparılır.
İyulun 20-dən etibarən Bakı Abadlıq İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən şəhərcikdə abadlaşdırma işləri görülür. Əraziyə çəmənliklər döşənilir, çeşidli güllər əkilir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ağaclar cavanlaşdırılır, quruları kəsilərək yeniləri ilə əvəz olunur.
Bundan əlavə, direktor qeyd edib ki, şəhərcikdəki mərkəzi qazanxananın fəaliyyəti təkmilləşdirilir, o cümlədən qış mövsümünə hazırlıq üçün texniki avadanlıqlar saz vəziyyətə gətirilir, nizam-intizam qaydaları gücləndirilir. Şəhərcikdə xidməti və şəxsi avtomobillər üçün yeni dayanacaq salınır. Dayanacaq istifadəyə verildikdən sonra institutların qarşısında avtomobillərin saxlanılmasına qadağa qoyulacaq.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info