“UEFA Avropa Liqasının final oyunu ilə Azərbaycan növbəti yarışdan alnıaçıq çıxdı”
Tarix: 30.05.2019 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


Gənc və müstəqil Azərbaycanda bu gün idman cəmiyyətin ayrılmaz hissəsinə çevrilib. Ölkəmiz müstəqillik qazandıqdan sonra respublikamızda bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar əldə olunub. Fəxrlə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın bu zaman kəsiyində idman sahəsində əldə etdiyi nailiyyətlər isə beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir.
UEFA Avropa Liqasının final qarşılaşmasının ölkəmizdə keçirilməsi qərarının qəbul edilməsində isə əlbəttə ki, Azərbaycanın dünya miqyasında özünü dinamik inkişaf edən müasir, güclü ölkə kimi təqdim etməsi xüsusi əhəmiyyət daşıyır. Bu final qarşılaşmasının Azərbaycana həvalə olunması regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanması, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitliklə yanaşı, ölkəmizin yürütdüyü idman siyasətinə verilən ən yüksək qiymətdir. Azərbaycanın digər mühüm uğuru isə ölkədə beynəlxalq yarışları bacarıqla təşkil etməsidir. Hər növ idman yarışlarının keçirilməsi üçün müvafiq idman qurğu və saraylarına, mehmanxana komplekslərinə, bütün növ nəqliyyat vasitələrinə və qonaq qarşılamaq mədəniyyətinə, unikal mətbəxə malik olan ölkəmizdə hamı həvəslə yarış keçirməyə çalışır.
Dünən Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final qarşılaşmasının yüksək səviyyədə keçirilməsi və təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunması antimilli ünsürlərin qarayaxma kampaniyalarının heç bir əsası olmadığını və ölkəmizin növbəti beynəlxalq tədbirdən alnıaçıq çıxdığını təsdiqləmiş oldu. Bu qarşılaşma eyni zamanda Azərbaycanın turizm potensialının inkişafında da xüsusi rol oynadı. Bakıya gələnlərin, şəhərimizi, ölkəmizi tanıyanların sayı artdı. Turistlərin böyük əksəriyyəti Bakıya ilk dəfə gəlirdilər. Onlar gördülər ki, Bakı necə gözəl, necə inkişaf etmiş və təhlükəsiz şəhərdir.
Beynəlxalq tədbirlər dünyaya ölkənin səviyyəsini nümayiş etdirir. İstənilən beynəlxalq tədbirlər, həmçinin idman yarışları yeni dostların qazanılması deməkdir. Ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan dünyaya günəş tək doğacaq. Budur, Azərbaycan dünyaya şəfəq saçır və dinindən, irqindən asılı olmayaraq hər kəs bir müsəlman ölkəsində düzənlənən idman yarışına tamaşa etdi. Bu bizi qürurlandırır və xalqımıza böyük sevinc hissləri yaşadır.

Hikmət Şikarov
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri





 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Bakıda xeyirxah və səmimi mühit var
16.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etdi
16.06.2019
Türkiyə dünyanın bütün regionları ilə münasibətlərini inkişaf etdirmək istəyir
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasnı qoydu
15.06.2019
Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info