Vergilər Nazirliyinin əməkdaşı BMT-nin Ekspertlər Komitəsinə üzv seçilib
Tarix: 06.08.2013 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


BMT-nin Vergi məsələlərində beynəlxalq əməkdaşlıq üzrə Ekspertlər Komitəsinin yeni tərkibi təsdiqlənib. Dünyanın müxtəlif regionlarını təmsil edən namizədlər arasından 25 ekspert, o cümlədən Vergilər Nazirliyinin beynəlxalq münasibətlər idarəsinin beynəlxalq müqavilələr şöbəsinin rəisi Ülvi Yusifov həmin komitənin üzvü seçilib.
Vergilər Nazirliyindən bildiriblər ki, komitənin üzvləri müxtəlif dövlətlərdən namizədlikləri irəli sürülmüş mütəxəssislər sırasından 4 il müddətinə seçilir.
Azərbaycan MDB məkanında (Rusiya istisna olmaqla) bu komitədə təmsil olunan ilk dövlətdir. Komitənin yeni tərkibində Azərbaycan ilə yanaşı, Almaniya, ABŞ, Baham, Birləşmiş Krallıq, Braziliya, Cənubi Afrika Respublikası, Çili, Çin, Hindistan, İsveç, İsveçrə, İtaliya, Malayziya, Meksika, Mərakeş, Norveç, Polşa, Qətər, Qana, Seneqal, Tailand, Yaponiya, Yeni Zelandiya və Zambiyanın da nümayəndələri təmsil olunurlar.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Aksam.com.tr”: “Azərbaycan 2019-cu ildə TANAP ilə təbii qaz nəqlini iki dəfə artırmağı planlaşdırır”
23.01.2019
AzerTelecom Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir
23.01.2019
Azərbaycan Prezidenti İlham Əliyevlə İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
23.01.2019
BMT Azərbaycanda əlilliyi olan insanların məşğulluğuna dair yeni layihə reallaşdıracaq
23.01.2019
Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info